Əsas Səhifə > Güney Press, Araşdırma > KREML SÖYÜN SADIQOVDAN HARDA İSTİFADƏ EDƏCƏK?

KREML SÖYÜN SADIQOVDAN HARDA İSTİFADƏ EDƏCƏK?


6-09-2013, 12:49
KREML SÖYÜN SADIQOVDAN HARDA İSTİFADƏ EDƏCƏK?
Bir müddət öncə mütəmadi olaraq Azərbaycan hakimiyyətini kəskin şəkildə tənqid edən Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, "Milyarderlər İttifaqı"nın üzvü Söyün Sadıqov "yoxa çıxıb" . Belə ki, Azərbaycan hakimiyyətini sərt şəkildə tənqid etməklə ölkə gündəmindən düşməyən Sadıqov Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra hər hansısa bir aşıqlamayla çıxış etməyib.

Avropa.info-ya Rusiyada böyük nüfuza malik , Putin hakimiyyətinə yaxınlığı ilə seçilən azərbaycanlı iş adamlarından biri Söyün Sadıqovun sensasion bəyanatlarının kəsilməsinin səbəblərindən danışıb. Mənbə bildirir ki, Söyün Sadıqovun Azərbaycan hakimiyyətinə qarşı hücumlarını Rusiyanın aktivinə yazmaq lazımdır." Söyün Sadıqov Rusiya hakimiyyətinin Azərbaycana təzyiq rıçaqı idi. Bu səbəbdən də , o Kremlin göstərişi ilə mütəmadi olaraq Azərbaycan hakimiyyətini "vururdu"." Rusiyanın niyə məhz Söyün Sadıqovdan istifadə etməsinə gəlincə,mənbə bildirir ki, Sadıqov Azərbaycan hakimiyyəti dairələrində yaxından tanınsa da ,bütövlükdə cəmiyyətin məlum ittihamlara qədərki dövürdə onu tanımaması qonşu dövlətin bu addımı atmasına səbəb olub."Çünki Rusiyanın bundan əvvəlki dövürdə Azərbaycana qarşı istifadə etdiyi şəxslər faktiki olaraq iflasa uğramışdılar və nüfuz sahibi deyildilər. Belə bir məqamda Rusiya Sadıqov başda olmaqla əslən azərbaycanlı olan tanınmış iş adamlarını prosesə cəlb etdi. Hansı ki, bu iş adamlarının Azərbaycanla sıx əlaqələri,bəzilərinin bu ölkədə biznesi və hakimiyyətin içərisində ciddi müttəfiqləri vardı. Bu dəfəki plana daha ciddi adamlar cəlb olunmuşdu. Lakin Rusiyanın planı heç də hakimiyyəti dəyişmək deyil,ciddi güzəştlər qoparmaq idi."

Mənbə bildirir ki, hazırda Söyün Sadıqovun arxa plana çəkilməsi rəsmi Bakı ilə Putin arasında razılaşma ilə bağlıdır. Lakin məsələlər hələ tam həll olunmayıb. " Putinlə Əliyevin görüşündə bütün detallar razılaşdırılmayıb. İlham Əliyev strateji məsələlərdə Rusiyaya güzəştə getməyib. Bu ilk növbədə gələn il Əfqanıstandan çıxarılan NATO qüvvələrinin Azərbaycanda yerləşdirilmə prespektivi məsələsidir və Rusiya bundan çox narahatdır.Eyni zamanda Putin Azərbaycanın Türkiyə ilə də hərbi əməkdaşlığı prespektivindən narahatdır. Putin Əliyevlə görüşündə Azərbaycanla bütün sahələrdə hərbi əməkdaşlığa açıq olduğunu bəyan edib. Görüş zamanı Putin ABŞ-ın Azərbaycana getdikcə artan nüfuzundan da narahat olduqlarını qeyd edib və bunun müəyyən bir çərçivəyə salınmasını Azərbaycanın dövlət başçısından istəyib. Həmçinin Azərbaycanın Gömrük İttifaqına üzvlüyü məsələsi də müzakirə olunub. İlham Əliyev isə bütün bunların strateji məsələlər olduğunu və bu kimi məsələlərin Azərbaycanın maraqları çərçivəsində həll olunmasını vacib sayıb. Yəni bir sözlə strateji məsələlərdə heç bir razılaşma olmayıb." Mənbə bildirir ki, Rusiya hakimiyyəti məhz Azərbaycandakı seçkini gözləyir. "Rusiya bi seçkidə İlham Əliyevi dəstəkləyir. Amma seçkidən sonra razılaşdırılmayan strateji məsələlərin həlli istiqamətində yenidən danışıqların başlanması gözlənilir. Rusiyada da ehtimal edirlər ki, Azərbaycan strateji məsələlərdə ciddi güzəştlərə getməyəcək. Bu ilk növbədə Qərblə Azərbaycanın münasibətlərinə zərbə vura bilər ki, bu da Azərbaycana lazım deyil. Ona görə də ,ehtimal edirəm ki, seçkidən sonra Söyün Sadıqov Rusiyanın Azərbaycan planlarında yenidən yer alacaq".

Geri qayıt