Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISI ELDAR HƏSƏNOVU NİYƏ SEVMİR?

İCRA BAŞÇISI ELDAR HƏSƏNOVU NİYƏ SEVMİR?


7-09-2013, 11:58
İCRA BAŞÇISI ELDAR HƏSƏNOVU NİYƏ SEVMİR?
MÜNASİBƏT GƏRGİNLİYİNİN ŞOK PƏRDƏARXASI

Ötən günlərdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov və Azərbaycanın Balkanlardakı səfiri Eldar Həsənov arasında baş qaldırmış hüsumətdən bəhs etmişdik. Bildirmişdik ki, Eldar Həsənovla Tahir Kərimov arasında baş qaldırmış savaşa səbəb SOCAR-ın Rumıniyadakı nümayəndəliyidir.
Azerinews.orga-a çatan məlumatlarda vurğulanırdı ki, icra başçısının oğlu Həmzə Kərimov faktiki olaraq SOCAR-ın Rumıniyadakı nümayəndəliyinə rəhbərlik edir. Onun bu ölkənin keçmiş prezidenti Basesku ilə ortaq işləri olduğuna dair də məlumatlar mövcuddur. Məlumatlarda bildirilir ki, qaynatası bir müddət əvvəl Bakıda qətlə yetirilən Həmzə Kərimovun belə bir mövqeyə sahib olması böyük və çətin bir yoldan keçib.
Həmin məlumatlarda qeyd olunur ki, Həmzə Kərimovdan öncə bu posta hələ həmin vaxt Rumıniyada səfir işləyən Eldar Həsənov özünün yaxın adamlarından birini gətirmək istəyirmiş. Həmin şəxsin hazırda Azərbaycanın Şərqi Avropa ölkələrindən birində səfirlik sistemində çalışdığı deyilir. Lakin Həmzə Kərimov və atası Tahir Kərimovun usta tərpənmələri sayəsində səfirin planı baş tutmayıb. Bundan xəbər tutan Həsənov da onlara qarşı geniş bir kampaniyaya start verib.
Azerinews.orga-a daxil olan məlumatlarda daha sonra vurğulanır ki, Eldar Həsənov onun üçün gəlir mənbəylərindən biri olan SOCAR-ın Rımniyadakı nümayəndəliyi yenidən ələ keçirmək üçün bu ölkədəki müxalifət mətbuatı ilə yaxın əməkdaşlıq edir. İddialara görə, səfir artıq Rumıniya mətbuatında istər Basesku, istərsə də onun şəriki kimi tanınan Həmzə Kərimovla bağlı xeyli sayda məlumatlar dərc etdirib. Amma bununla kifayətlənməyib həmin məlumatları tərcümə etdirərərək, Azərbaycan mətbuatına da ötürməyə başlayıb.
İnformasiyalarda vurğulanır ki, bu tərcümə və məlumatı Budapeşt mətbuatında yerləşdirmə işini də elə rumın dilini bilən səfirlik işçilərindən biri həyata keçirir. Eldar Həsənovun tapşırığı ilə reallaşan prosesin Azərbaycanla bağlı hissəsi isə Bakıda reallaşdırılır. Və bu işdə də telekanallarda çalışan jurnalistlərdən birinin əli olduğu iddia edilir.
Əslində, Tahir Kərimov da «süddən çıxmış ağ qaşıq» deyil. O məsələdən xəbər tutduqdan sonra özünün bütün imkanlarını səfərbərliyə alaraq, Azərbaycan mətbuatına Eldar Həsənovla bağlı bir sıra məlumatlar ötürməyə başlayıb. Bu prosesi reallaşdırmaq üçün onun bir neçə jurnalistin imkanlarından istifadə etdiyi də vurğulanır. Qeyd olunur ki, həmin jurnalistlərdə Kərimovun çoxdan yaxşı münasibətləri olub və bu adamlar da vaxtaşırı onun xahişlərini yerinə yetirirlər. Azerinews.org
ANONS
- Tahir Kərimovun oğlunun Rumıniyadakı biznesinə nələr daxildir?
- Həmzə Kərimov Baseskunun əliylə Rumıniyada YDM-ləri necə ələ keçirib?
- Salyanın icra başçısı səfirə qarşı apardığı savaşın planlarını harada və kimlərlə məsləhətləşir?

Geri qayıt