Əsas Səhifə > Sosial, Manşet > ƏMƏLİYYAT KİMƏ QARŞI KEÇİRİLİB? - YENİLƏNDİ
ƏMƏLİYYAT KİMƏ QARŞI KEÇİRİLİB? - YENİLƏNDİ7-09-2013, 13:35 |
Turan informasiya agentliyi şahidlərin guya sentyabrın 6-da Türkiyə İşbirliyi və Koordinasiya Ajansının (TİKA) ofisində silahlı və qara maskalı şəxslərin əməliyyat keçirib və bir neçə nəfəri saxlaması barədə verdiyi məlumatla bağlı araşdırmasını davam etdirmişdi. Öncəki xəbərdə yanlışlığa yol verilmişdir. Əldə etdiyimiz dəqiq məlumatlara görə, əməliyyatın TİKA ilə heç bir əlaqəsi yoxdur və əslində sözü gedən hərəkətlər TİKA ilə bir binada yerləşən digər şəxsi mülkdə aparılmışdır və saxlanılanlar da Türkiyə deyil, Azərbaycan vətəndaşlarıdır. Ümumiyyətlə TİKA-nın türk iş adamlarının Azərbaycandakı fəaliyyəntləri ilə heç bir əlaqəsi yoxdur. TİKA Türkiyə hökuməti nəzdnində fəaliyyət göstərən texniki yardım təşkilatıdır və Azərbaycanın rəsmi dövlət qurumları, о cümlədən İqtisadi inkişaf nazirliyi ilə əməkdaşlıq edir. Dünən... ƏMƏLİYYATIN KEÇİRİLMƏSİNİ HEÇ BİR DÖVLƏT QURUMU ETİRAF ETMİR DİA.AZ: - Avtomat silahla silahlanmış, qara paltarlı və qara maskalı bir qrup dünən axşam saatlarında ofisi Rəşid Behdudov küçəsində yerləşən Türkiyə İşbirliyi və Koordinasiya Ajansı (TİKA) Başkanlığında əməliyyat keçirib və bir neçə nəfəri saxlayıb. Adı çəkilən qurum dünyanın 30 ölkəsində fəaliyyət göstərir. Azərbycana isə sovet rejiminin dağıldığı 1992-ci ildə gəlib. TİKA birbaşa Türkiyə Baş Nazirliyi və Türkiyə XİN-ə bağlı qurumdur. Xarici ölkələrə Türkiyə investisiyalarının qoyulmasında söz sahiblərindən biri, fəaliyyət göstərdiyi ölkədə çalışan türk iş adamlarının fəaliyyətlərini əlaqələndirir. Əməliyyatın keçirilməsi səbəbləri, əməliyyatı hansı güc strukturunun keçirdiyi məlum deyil. Əməliyyatı həyata keçirən güc strukturları bu haqda mətbuata hər-hansı açıqlama verməyiblər. Xarici ölkə qurumlarının Azərbaycanda təhlükəsizliyinə görə cavabdeh olan Milli Təhlükəsizlik Nazirliyi belə əməliyyat keçirmədiyi haqda cavabla kifayətlənib. Daxili İşlər Nazirliyi isə belə bir məlumata malik olmadığını bəyan edib. Amma Azərbaycan hüquq-mühafizə orqanları son olaraq sentyabrın 2-də Azərbaycanda fəaliyyət göstərən türk iş adamı Turgay Erdoğan barədə axtarış elan edib. Bu şəxs külli miqdarda vergidən yayınmaqda ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsilə (külli miqrdarda vergidən yayınma) ittiham iərli sürülüb, cinayət işi qaldırılıb. Bu, Azərbaycan hüquq-mühafizə orqanlarının axtarış elan etdiyi ilk və ya son Türkiyəli iş adamı deyil. Buna qədər daha bir neçə Türkiyəli iş adamı barədə axtarış elan olunub. Bu axtarışların hamısı həmin iş adamlarının vergidən yayınmaları ilə bağlıdır. Ehtimal edilə bilər ki, dünən keçirilən əməliyyat da vergiləri ödəməyən iş adamlarınnı saxlanması ilə bağlı olub. Geri qayıt |