Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ZİYA MƏMMƏDOVUN "ÇƏTİRİ" ALTINDA MAXİNASİYA

ZİYA MƏMMƏDOVUN "ÇƏTİRİ" ALTINDA MAXİNASİYA


9-09-2013, 10:56
ZİYA MƏMMƏDOVUN "ÇƏTİRİ" ALTINDA MAXİNASİYA
Azərbaycanda bütün dövlət qurumları, Nəqliyyat Nazirliyinin tabeçiliyində olan taksilərə və digər avtomobillərə naviqasiya avadanlıqlarının yerləşdirilməsi əsl gəlir mənbəyinə çevrilib. TİA.AZ xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan bu biznes sahəsinin illik gəliri bəzən milyonlarla manatla ölçülür.

Bununla bağlı apardığımız araşdırmalar nəticəsində məlum olub ki, naviqasiya avadanlıqları biznesinin inhisarı birbaşa nəqliyyat naziri Ziya Məmmədovun biznesini idarə edən ən yaxın adamsı Ceyhun adlı şəxsdədir. Belə ki, o, bütün taksilərə və dövlət qurumlarının avtomobillərinə məcburi qaydada naviqasiya avadanlıqları yerləşdirməklə məşğuldur. Qəribə hal odur ki, Azərbaycana 48 manata başa gələn bu avadanlıqlar dövlət qurumları və digər sahələrdə işləyən avtomobillərə görə qiymət dəyişdirir. Məsələn, dövlət qurumlarının maşınlarını bağlanan bu avadanlıq əgər 900 manat qiymətləndirilirsə, taksilərdə bu rəqəm 160 manata qədər enir.

Məlumatda o da vurğulanır ki, hal hazırda bu biznesin daha da genişləndirilməsi üçün xüsusi plan üzərində işlənilir. Böyük ehtimalla artıq şəxsi maşınlarda da bundan sonra naviqasiya avadanlıqlarının quraşdırılmasına start veriləcək.

Geri qayıt