Əsas Səhifə > Cəmiyyət, Manşet > NEFTÇALANIN İCRA BAŞÇISINDAN İLGİNC KORRUPSİYA
NEFTÇALANIN İCRA BAŞÇISINDAN İLGİNC KORRUPSİYA9-09-2013, 16:28 |
BAŞÇI SAHİBKARLARA QARŞI HÜCUMA KEÇİB DİA.AZ: - Keçən günlərdə Neftçala rayon İcra Hakimiyyəti rəhbərliyinin və Dövlət Torpaq və Xəritəçəkmə Komətəsinin Neftçala rayon Şöbəsinin fəaliyyətində yer almış bəzi neqativ məqamlara dair faktları diqqətinizə təqdim etmişdik. Materialda Neftçala RİH-nin başçısı İsmayıl Vəliyev tərəfindən rayonda fəaliyyət göstərən sahibkarların hüquqlarının bir çox hallarda tanımaması, sahibkarlıq fəaliyyəti, icarə münasibətləri və digər qarşılıqlı münasibət formalarını tənzimləyən ölkə qanunlarının kobud şəkildə pozulması halları barədə redaksiyamıza təqdim olunan məlumatlar öz əkslərini tapmışdılar. Bu xüsusda DİA.AZ-a daxil olan yeni məlumatda isə Neftçala RİH-nin rəhbərliyi tərəfindən bu dəfə də “Azər-Aqrobiznes” MMC-nin hüquqlarının kobud şəkildə pozulduğu xəbər verilir. Məsələnin mahiyyəti ötən yazıda təsvir olunmuş digər analoji vəziyyətlərdən prinsip etibarı ilə fərqlənmir. Yenə də İ.Vəliyev bir müddət əvvəl RİH tərəfindən verilmiş rəsmi sənədləri “etibarsız” kimi təqdim etməyə cəhd göstərir, bu həddindən artıq şəffaf pərdənin örtüyü altında isə Neftçala sahibkarlarına qarşı “səlib yürüşünü” davam etdirməyə çalışır. Amma bu dəfə İsmayıl Vəliyev “Azər-Aqrobiznes” MMC-dən zəbt edəcəyi torpaq sahəsini Fövqəladə Hallar Nazirliyinə qısamüddətli istifadəyə vermək fikrində olub. MMC-nin nümayəndəsi Tahir Əlirzayev Neftçala RİH-nin başçısı İ.Vəliyevə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon Şöbəsinə qarşı hazırladığı iddia ərizəsində məsələni belə təqdim edir: “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə torpaq sahəsinin qısamüddətli istifadəyə ayrılması haqqında Neftçala rayon İcra Hakimiyyətinin başçısının 02 mart 2012-ci il tarixli 12 saylı Sərəncamının etibarsız hesab edilməsi barədə tərəfimdən məhkəməyə təkrar ərizə verildikdən sonra hesab etdik ki, həmin Sərəncamın etibarsızlığı ilə yanaşı Neftçala rayon İcra Hakimiyyətinin başçısının “Neftçala rayon İcra Hakimiyyətinin başçısının 10.11.2008-ci il tarixli 198 saylı Sərəncamı ilə “Azər-Aqrobiznes” Məhdud Məsuliyyətli Cəmiyyətinə rayonun 13 saylı Asudə Dövlət Torpaq fondundan kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə icarəyə verilmiş 200 ha (Neftçala rayon İcra hakimiyyəti başçısının 25.04.2011-ci il tarixli 091 saylı sərəncamı ilə həmin torpaq sahəsinin 30 ha-na “Azər-aqrobiznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciətinə əsasən xitam verilmişdir) torpaq sahəsinin 16 ha-nın geri alınması və onun əvəzinə rayonun 13 saylı Asudə Dövlət Torpaq fondundan 16 ha torpaq sahəsinin ayrılması barədə” 28 iyun 2012-ci il tarixli 67 saylı Sərəncamı da etibarsız hesab edilməlidir. Hər iki Sərəncamın imzalanması tarixinə diqqət yetirdikdə görürük ki, mənim xəbərim, məlumatım və razılığım olmadan icarəmdə olan torpaq sahəsi geri alınmış, lakin bu barədə sonradan məlumatım olduqdan sonra mübahisə qaldırdığım vaxtda 28 iyun 2012-ci il tarixdə guya “Azər-Aqrobiznes” Məhdud Məsuliyyəti Cəmiyyətinə torpaq sahəsi ayrılmışdır. Əslində isə Neftçala rayon İcra Hakimiyyətinin başçısının 28 iyun 2012-ci il tarixli 67 saylı Sərəncami ilə “Azər-Aqrobiznes” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 16 ha torpaq sahısinin harada yerləşməsindən belə məlimatımız yoxdur. Neftçala rayon İcra Hakimiyyətinin başçısının 28 iyun 2012-ci il tarixli 67 saylı Sərəncamdan görünür ki, torpaq sahəsinin bir hissəsinin geri alınmasına dair nə icarədar kimi “Azər-Aqrobiznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq razılığı, nə də icarədə olan torpaqların bir hissəsinin məcburi geri alınması barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vasitəti əsasında məhkəmənin qərarı mövcud deyil. Göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edirəm ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə torpaq sahəsinin qisamüddətli istifadəyə ayrılması haqqında Neftçala İcra Hakimiyyətinin başçısının 02 mart 2012-ci il tarixli 12 saylı Sərəncamının və Neftçala rayon İcra Hakimiyyətinin başçısının “Neftçala rayon İcra hakimiyyətinin başçısının 10.11.2008-ci il tarixli 198 saylı Sərəncamı ilə “Azər-Aqrobiznes” Məhdud Məsuliyyətli Cəmiyyətinə rayonun 13 saylı Asudə Dövlət Torpaq fondundan kənd təsərrüfatı istehsalı məqsədilə icarəyə verilmiş 200 ha torpaq sahəsinin 16 ha geri alınması və onun əvəzinə rayonun 13 saylı Asudə Dövlət Torpaq fondundan 16 ha torpaq sahəsinin ayrılması barədə” 28 iyun 2012-ci il tarixli 67 saylı Sərəncamının etibarsız hesab edilməsi barədə qərar çıxarasınız.” Geri qayıt |