Əsas Səhifə > Dünya > ƏFQANLAR NARKOTİK GƏLİRLƏRİNİ ARTIRIBLAR

ƏFQANLAR NARKOTİK GƏLİRLƏRİNİ ARTIRIBLAR


14-01-2012, 11:15
ƏFQANLAR NARKOTİK GƏLİRLƏRİNİ ARTIRIBLAR

BU MƏBLƏĞ 1,4 MİLYARDA BƏRABƏRDİR

BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin açıqladığı hesabata əsasən, 2011-ci ildə Əfqanıstanda tiryək istehsalından əldə edilən gəlir 133 faiz artaraq 1,4 milyard dollara çatıb. Bu da ölkənin ümumi daxili məhsulunun təxminən 10 faizini təşkil edir. Bu barədə cümə günü Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

Hesabatda qeyd edilir ki, əkin sahələrində yayılan xəstəliklər tiryək məhsulunu məhv etdiyi üçün 2010-cu ildə tiryəkin qiyməti artmışdı. İdarənin məlumatına görə, 2011-ci ildə tiryək məhsulu istehsalı xəstəliyin yayılmasından əvvəlki səviyyəyə çatıb. Bununla belə qiymətlərdə azalma müşahidə edilməyib.

BMT və Əfqanıstan hökumətinin əkilməsinin qarşısını almağa çalışdığı tiryəkin 90 faizi bu ölkədə istehsal edilir.


Geri qayıt