Əsas Səhifə > Şou-biznes > KONSERT TƏŞKİLATÇISI MÜĞƏNNİLƏRİ QINADI

KONSERT TƏŞKİLATÇISI MÜĞƏNNİLƏRİ QINADI


10-09-2013, 11:12
KONSERT TƏŞKİLATÇISI MÜĞƏNNİLƏRİ QINADI
Təşkilatçı Nahid Emiloğlu müğənni Günay İbrahimlinin konsertindən danışıb. Təşkilatçı konsertə çəkdiyi xərcin 30-35 min olduğunu mövqe.az-a açıqlayıb: "Çoxları Günayı qəbul etmədi. Onu qınayanlar çox oldu. Elə məni də... Mənə deyirdilər ki, niyə onla işləyirsən. Dəstək əvəzinə vurdular.

Şəxsən mən Günayda bir xasiyyəti bəyəndim. Bunu mən 10 il əvvəl Faiq Ağayevdə görmüşdüm. Günay da çox məsuliyyətlidir. Onun bundan sonra konsertləri çox olacaq. Bir təşkilatçı kimi bu konsertə 30-35 min manat xərcim çıxıb.

Çoxları konsertdən imtina etdi, toyu üstün tutdular. Çünki kreditlərinin vaxtı çatıb, pul lazımdı”.

Qeyd edək ki, sentyabrın 2-si konsert verməyi qərarlaşdıran müğənni Elton, Nahid Emiloğluna xəbər etmədən konsert verməkdən imtina edib. Bu məsələ ilə bağlı təşkilatçı və müğənni arasında münasibət korlanıb.

Geri qayıt