Əsas Səhifə > Gündəm, Manşet > RƏSUL QULİYEV RUSİYANIN PROJESİDİR

RƏSUL QULİYEV RUSİYANIN PROJESİDİR


14-01-2012, 11:40
RƏSUL QULİYEV RUSİYANIN PROJESİDİR

KREML BU YOLLA QƏRBİN İNQİLAB TƏDARÜKÜNÜ DARMADAĞIN ETMƏK NİYYƏTİNDƏDİR

DİA.AZ: - Son günlər siyasi arenada yenidən fəallaşma kursu götürən sabiq parlament sədri Rəsul Quliyevin bu gedişləri artıq ciddi mahiyyət almaqdadır. Bir neçə partiya ilə bərabər əslində hakimiyyətə yox, İctimai Palataya alternativ yaradan mühacir partiya liderinin dağıdıcılıq meylləri ilə redaksiyamıza çox ilginc faktlar daxil olub.

Bu barədə «Dünya» İnformasiya Agentliyini (dia-az.life) bilgiləndirən mötəbər mənbə qeyd edir ki, əslində Rəsul Quliyev ənənəvi ampluasındadır: «Onun müxalifliyi hər zaman, hətta ilk günündən şübhəyə alınıb. Əgər 1998-ci il prezident seçkiləri öncəsi mərhum Əbülfəz Elçibəylə İsa Qəmbər arasında vahid namizəd məsələsində bir anlaşma əldə olunsaydı, nə SİDSUH adlı qurum yaranacaqdı, nə də Rəsul Quliyevin müxalif obrazı möhürlənəcəkdi».

Mənbəmizə görə, Rəsul Quliyev əslində Rusiyanın xüsusi xidmət orqanlarının nəzarəti altında olan fiqurdur: «O, hər zaman «KQB»yə bağlı olub və hər zaman rus kəşfiyyatının təlimaitlarını icra edib. Əgər onda zərrə qədərində olsa belə Azərbaycan sevgisi olsaydı, ən azından Qarabağın pul gücünə alınması mövzusu gündəmdə olarkən yaxasını kənara çəkməzdi».

Mənbəmiz xatırladır ki, 2005-ci ilin 17 Oktyabr olyalarında da Rəsul Quliyev bir peşəkar xəfiyyə kimi Rusiyanın diqtəsi ilə hakimiyyətin əlinə oynamağı bacardı: «Nəticəsi hər kəsə məlumdur. Absurd «dövlət çevrilişinə cəhd» ittihamı ilə Qərbi Azərbaycan bölgəsi mənsublarının tanınmış siması, keçmiş səhiyyə naziri Əli İnsanov zərərsizləşdirildi. Fərhad Əliyev kimi Qərbin də qəbul etdiyi bir dövlət adamının qolları qandallandı. Bütün bunları isə Rəsul Quliyevin aktivinə yazmaq lazımdır».

Qeyd edək ki, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin bu günlərdə təməlini tökdüyü Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının da bir məqsəd daşıdığı bildirilir. Mənbəmizə görə, bununla müxalifətin real güc mərkəzinə çevrilməkdə olan İctimai Palatanın hədəfə alındığı aydın olan bir məsələdir: «Elə bunu qurumun təsis konfransında da müşahidə etmək olardı. Hakimiyyət bir yana qalıb, hər kəs, xüsusən də Rəsul Quliyev İsa Qəmbərlə Əli Kərimlini hədəfə alıb. Bu nə deməkdir?»

Mənbəmiz iddia edir ki, Rəsul Quliyev konkret qaydada iqtidrın maraqları çərçivəsində oynayır: «Bəziləri elə güman edir ki, həm yeni quruma və həm də eləcə Rəsul Quliyevin təbliğatı ilə bağlı aparılan kampaniyaya maliyyə dəstəyini Amerikadakı mühacir lider ayırır. Amma bu belə deyil. Maliyyənin qaynağı hakimiyyətdir. Hər zaman belə olub. Rəsul Quliyevin adından gələn pullar hakimiyyətin qaynaqları tərəfindən ödənilir».

Mənbəmiz sonda bir maraqlı faktı da diqqətə çatdırdı: «İndi yenə də Rəsul Quliyev ortadadır. Əslində hər şey həm Qərbin inqilab tədarükünün qarşısının alınmasına və həm də 2013-cü ilin prezident seçkilərində haimiyyətin maraqlarının qorunmasına xidmət edir. Burada xüsusi olaraq iştirak edəni isə Rusiyanın xüsusi xidmət orqanlarıdır».

Mövzu diqqətimizdədir…


Geri qayıt