Əsas Səhifə > Güney Press, Araşdırma > ARDNŞ İLƏ "ROSNEFT"İN ŞÜBHƏLİ ƏMƏKDAŞLIĞI
ARDNŞ İLƏ "ROSNEFT"İN ŞÜBHƏLİ ƏMƏKDAŞLIĞI10-09-2013, 12:18 |
ARDNŞ ilə "Rosneft" arasında Bakı-Novorossiysk kəmərinin revers rejimində fəaliyyəti çərçivəsində əməkdaşlıq KİV və ekspertlər tərəfindən müxtəlif cür qiymətləndirilir. Bu barədə Turan-ın müxbirinə ARDNŞ-də bildiriblər. "Hər kəsin məsələyə öz baxışı var. Ona görə iki şirkətin ehtimal olunan kooperasiyasında kommersiyadan başqa çox şey görürlər", deyə agentliyin müsahibi bildirib. Onun sözlərinə görə, "Rosneft" öz neftini ətraf yollarla Avropaya çatdırmaq istəmir. "Bizim əməkdaşlığımız ondan ibarətdir ki, hər iki şirkət yüksək kommersiya nəticəsi əldə etsin. Ona görə neftin Bakı-Novorossiysk kəməri ilə əks istiqamətdə nəqli faktik olaraq swap-əməliyyatdır", - deyə ARDNŞ təmsilçisi qeyd edib. Onun sözlərinə görə, "Rosneft" müəyyən həcmdə nefti Rusiya-Azərbaycan sərhədində ARDNŞ-nin törəməsi SOCAR-Trading-ə verəcək. Bununla Rusiya şirkətinin hüquqi məsuliyyəti başa çatacaq. Əldə edilən nefti ARDNŞ istədiyi həcmdə Bakı NEZ-lərinə göndərəcək və Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql edəcək. Məsələ burasındadır ki, əldə edilən Rusiya neftinin müqabilində SOCAR-Trading yüngül Azərbaycan neftini "Rosneft"in istədiyi yerə verəcək. Rusiya tərəfinin faydası qısa ixrac yolu (Novorossiyskdən tankerlə İtaliyaya yox, kəmərlə Azərbaycan sərhədinə); yüngül neftin Avropanın istənilən nəqtəsində əldə edilməsi, Türkiyə böğazlarında nəqliyyat axınının gərginliyinin azalması olacaq. Rusiya tərəfinin ən böyük qazancı o olacaq ki, Bakı-Novorossiysk kəməri öz işini dayandırmayacaq. Azərbaycan tərəfinin qazancı o olacaq ki, Bakı NEZ-ləri emal üçün əlavə neft əldə edəcək. ARDNŞ öz neftini dəmir yolu ilə Kulevi terminalına çatdıracaq. Azərbaycan və Gürcüstan dəmiryolçuları bundan əlavə mənfəət əldə edəcək. ARDNŞ Kulevi vasitəsilə ixracda daha çox qazanacaq: əvvəla, müştərilərə Uralsla qarışıq yox, yüksək keyfiyyətli Azeri Ligth təklif olunacaq, ikincisi, yük axını artdığı üçün Kulevi terminalının mənfəəti artacaq. Üçüncüsü, ВТС ilə nəql edilən neft həcmi artacaq, nəticədə ВТС Со səhmdarı kimi ARDNŞ-nin gəlirləri artacaq. Geri qayıt |