Əsas Səhifə > Güney Press, Araşdırma > BAYRAM HÜSEYNZADƏ İŞDƏN ÇIXARILDIMI?

BAYRAM HÜSEYNZADƏ İŞDƏN ÇIXARILDIMI?


10-09-2013, 12:41
BAYRAM HÜSEYNZADƏ İŞDƏN ÇIXARILDIMI?
Təhsil nazirinin əmrinə əsasən, yeni yaradılmış informasiya şöbəsinə rəhbər təyin edilib.

Nazirlikdən daxil olan məlumatda deyilir ki, hazırda yeni təyinatlarla bağlı açıqlama hazırlanır.
Nazirlikdəki mənbə saytımıza bildirib ki, informasiya şöbəsinə kənardan əməkdaşlar cəlb edilib.
Nazirliyin “qaynar xətt”indən isə deyiblər ki, mətbuat xidmətinin sabiq rəhbəri Bayram Hüseynzadə də iş otağındadır. Lakin B.Hüseynzadənin iş və mobil telefonu söndürülüb. Mətbuat xidmətinin digər əməkdaşları isə məzuniyyətə göndərilib. Hələlik onların digər işə keçirilib-keçirilməyəcəyi bəlli deyil.
Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən, məktəbəqədər təhsil sektoru ilə kənd rayonları üzrə ümumi təhsil şöbəsi, ali və orta ixtisas təhsili şöbəsi ilə elm şöbəsi və ümumi şöbə ilə ictimaiyyətlə əlaqə şöbəsi birləşdirilib, məktəbəqədər və ümumi təhsil şöbəsi, elm, ali və orta ixtisas təhsili şöbəsi və informasiya şöbəsi yaradılıb. (Bizimxeber.az)

Geri qayıt