Əsas Səhifə > Cəmiyyət, Manşet > RAMİZ MEHDİYEV ÖZ ƏRİZƏSİ İLƏ İŞDƏN ALINACAQ
RAMİZ MEHDİYEV ÖZ ƏRİZƏSİ İLƏ İŞDƏN ALINACAQ10-09-2013, 15:41 |
AMERİKANIN BELƏ EHTİYYAT ETDİYİ ADAM DİA.AZ: - Fəaliyyəti qadağan edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin videobombardmanının ilk günlərində Prezident Administrasiyasının rəhbəri postunda dəyişiklik ediləcəyi barədə xəbərlər daha da intensiv xarakter alsa, artıq bu barədə nə danışan var, nə də bu mövzuya qayıdan. Elə Ramiz Mehdiyevin bir köşəyə çəkilməsi də belə bir təəssürat yaradır ki, artıq məsələ qapanıb. Amma vəziyyət heç də beklə deyil. Bu barədə DİA.AZ-a müəyyən bilgilər daxil olub. Redaksiyamızı bilgiləndirən mötəbər qaynağın sözlərindən belə aydın olur ki, Ramiz Mehdiyev semkilərdən dərhal sonra, bu ilin noyabr ayının əvvəllərində öz ərizəsi ilə işdən uzaqlaşdırılacaq: «Artıq Mehdiyevin gedişi ilə bağlı plan da hazırdır. Və PA rəhbəri öz ərizəsi ilə işdən gedəcək». Mənbəmiz onu da bildirdi ki, PA rəhbəri postuna bu vaxta qədər bir neçə nəfərin adı namizəd kimi çəkilsə də, bu posta ən şanslı aday kimi hazırda PA-da şöbə müdiri postunu tutan Zeynal Nağdəliyevin adı hallandırılsa da, məsələ tamam fərqli yön də ala bilər: «Hələlik Ramiz Mehdiyevi kimin əvəz edəcəyi məlum deyil və bu məsələ dəqiqləşməyib. Ümumiyyətlə, bu mövzu ətrafında hazırda kimsə cürət edib müzakirələr də apara bilmir». Onu da qeyd edək ki, mətbuatda «boz kardinal» adı ilə təqdim olunan Ramiz Mehdiyevin hakimiyyətin ən əsas fiquru olduğu da söylənilir. Elə buna görə də iki il əvvəl açıqlanan «VikiLiks»ə aid məxfi sənədlərdə də göstərilirdi ki, hətta ABŞ kimi dünya nəhəngi də Ramiz Mehdiyevin Azərbaycanda hakimiyyətdə olan qüvvələr üzərindəki hökmranlığından bərk əndişə keçirir və hətta Ramiz Mehdiyev bu zaman İlham Əiyevə böyük təsir gücünə malik bir şəxs kimi xarakterizə olunur. Amma son məlumatlardan aydın olur ki, artıq Ramiz Mehdiyevin erası da bitmək üzərədir. Artıq 75 yaşını belə haqlamış PA rəhbərinin yerinə isə kimin təyin ediləcəyini indidən söyləmək çətindir. Geri qayıt |