Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELMAN RÜSTƏMOVDAN MÜĞƏNNİYƏ 100 MİN DOLLARLIQ HƏDİYYƏ
ELMAN RÜSTƏMOVDAN MÜĞƏNNİYƏ 100 MİN DOLLARLIQ HƏDİYYƏ11-09-2013, 11:00 |
Bəzi məmurlarımızın haram yolla qazandığı, əslində xalqdan oğurladığı milyonları sağa-sola səpələməsi, eyş-işrətlə məşğul olması heç kimə sirr deyil. Hətta dövlət başçısı dəfələrlə bu mövzuya toxunaraq məmurlara xəbərdarlıq edib, milli-mənəvi dəyərlərimizə yad olan belə əməllərdən çəkinməyi məmurlardan tələb edib. Ancaq yenə də belə hallar baş verir. Bu yaxınlarda adını çəkmək istəmədiyimiz iri bir məmur müğənnilərdən birinin evinin təmirinə 80 min manat pulu gözünü qırpmadan verib. Əlbəttə, əliaçıqlıq yaxşı şeydir. Ancaq halal zəhmətlə qazandığın pullardan. Yoxsa, xalqın cibinə gir, cəmiyyətdən oğurla və…hansısa müğənniyə bağışla. Bunun adı əliaçıqlıq deyil, tamam başqa şeydir… Son vaxtlar müğənni xanımlara yüksək məbləğdə hədiyyə verən məmurlar arasında Azərbaycan Mərkəzi bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun da adı hallanır. Həm də söhbət 70-80 mindən deyil, bir neçə 100 min dollardan gedir. Xanım müğənnilərin adı bizə məlum olsa da, onu dərc etməyi düzgün hesab eləmədik. Həm də müəyyən dəqiqləşdirməyə ehtiyac var. Bircə şeyi qeyd edək ki, "CIDIR” restoranı tərəflərdə bəzi məmurlarımız "öz atını sulayır”… Bəs, Elman Rüstəmovda bu qədər pul haradandır..? Elman Rüstəmov 20 ilə yaxındır ki, ölkənin bank sektoruna rəhbərlik edir. Mərkəzi Banka rəhbərlik etmək həm kommersiya banklarının kreditləşməsini, həm də maliyyə sektorunda həyata keçirilən əməliyyatlara nəzarət etmək imkanı qazanmaq deməkdir. Baş bankirlik bunun sayəsində oliqarxlar üçün həmişə cəlbedici görünüb. Qeyri-rəsmi hesablamalara görə, baş bankirin sərvəti dünyanın ən varlı biznesmenlərinin sərvəti ilə müqayisə olunur. Ancaq Elman Rüstəmov unutmamalıdır ki, o dövlət məmurudur və bizneslə məşğul olması qanunla yolverilməzdir. Hətta cinayət xarakterlidir… Mətbuatda gedən məlumatlara görə, Elman Rüstəmovun sərvətlərinin illik artımı təxminən 20 faizdir. Üstəlik, bu artım faizi təxminən 20 il ərzində ölkənin monetar siyasətinə, başqa sözlə desək, pulun kəmiyyəti, kredit və faiz dərəcələri, mübadilə kursu ilə bağlı dövlət siyasətinə nəzarət edən şəxs üçün Azərbaycan şəraitində demək olar ki, normal sayılır. Məsələyə önəm verən odur ki, Elman Rüstəmov bu müddətdə müşahidəçilərin diqqətindən yayınmağa müvəffəq ola bilib. Mərkəzi Bankın rəhbərinin adı yalnız qalmaqallarda hallandıqdan sonra informasiya kanallarının nəzarət dairəsinə düşüb. Qeyd edək ki, E.Rüstəmov yaxın ətrafının maliyyə-bank sektorundakı strateji postlara yerləşdirilməsi qayğısına da qalır. Milli Bankın nəzdində fəaliyyət göstərən İpoteka Fondu Elman Rüstəmovun nəzarətindədir. Mərkəzi Bank rəhbərinin adının hallandığı qalmaqallardan daha çox diqqət çəkəni bankın əməkdaşlarının həbsinə səbəb olmuş 7 milyonluq mənimsəmə faktı oldu. Elman Rüstəmov özünü təmizə çıxarmaq üçün açıqlama verdi ki, baş verənlərdən onun xəbəri olmayıb. Bildirdi ki, məsələnin üstünü şəxsən özü açıb. Əlbəttə, bu sayaq açıqlamalar inandırıcı səslənmirdi. Bundan əlavə Mərkəzi Bank rəhbərinin xarici öhdəliyi olan bir çox kommersiya banklarına "şapkalı” kreditlər ötürməsi faktları da mətbuata sızan bilgilər arasında xüsusilə nəzərə çarpır. Maraqlıdır ki, lap bu yaxınlarda milli banknotların çapına dair Avstriya Mərkəzi Bankı ilə bağlanmış müqaviləyə görə rüşvət faktı rəsmən təsdiqləndikdən sonra məsələ ilə bağlı Avstriya Mərkəzi Bankının Baş Şurası bankın vitse-qubernatoru Volfqanq Dukatsek işdən çıxarılsa da, Azərbaycan Mərkəzi Bankının rəhbəri "toxunulmaz” qala bilib. İndi bildinizmi baş bankir müğənnilərə bəxşeyiş verdiyi 100 minləri haradan qazanır..? \ gundelik bakı \ Geri qayıt |