Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT İÇİNDƏ DAHA BİR KONFLİKT

HAKİMİYYƏT İÇİNDƏ DAHA BİR KONFLİKT


14-01-2012, 12:23
HAKİMİYYƏT İÇİNDƏ DAHA BİR KONFLİKT

BU DƏFƏ FHN ŞEFİ ABİD ŞƏRİFOVU HƏDFƏ ALIB

DİA.AZ: - Məlum olduğu kimi, hələ də hakimiyyətin gərəkən struktur islahatlarını həyata keçirməməsi çox ciddi problemlər yaradır. Hətta bunun nəticəsidir ki, bu gün Azərbaycanda bir-birinə alternativ olan, bir-birini döəyən strukturlar fəaliyyətdədir. Məsələn, quruluş baxımından prezident üsul-idarəli dövlət olmağımıza baxmayaraq hələ də Nazirlər Kabineti geniş səlahiyyətlərə malikdir.

Bu bir yana, Azərbaycanda nazirlikərə alternativ olan qurumlar və komissiyalar fəaliyyət göstərməkdədir. Məsələn, onlardan biri fövqəladə hallar nazirliyinə alternativ kimi dəyərləndirilən Nazirlər Kabinetinin fövqəladə hallar üzrə dövlət komissiyasıdır. Bu quruma isə Abid Şərifov başçılıq edir.

Əslində nazirlikdən əvvəl yaranan bu komissiya FHN-nin peyda olunmasının ardından buraxılmalı idi. Çünki heç bir dövlətdə bu şəkildə səlahiyyət toqquşması mövcud deyil. Amma buna rəğmən Abid Şərifovun baş nazirin müavini statusunun qorunması naminə FHDK-ni də saxlayırlar. Bir qəza, fəlakət olanda isə Abid Şərifov Kəmaləddin Heydərovun yanında görsənən, heç bir səlahiyyəti olmayan şəxs kimi görsənir.

Deyəsən, artıq məsələnin bu şəkildə davam etməsi FHN şefinin də maraqlarına cavab vermir. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia-az.life) məlumatlandıran iqtidar daxilindəki qaynaqların bilgisinə görə, Kəmaləddin Heydərov dəfələrlə Abid Şərifovun komissiyasının buraxılması ilə bağlı Prezident Administrasiyasına müvafiq qanunun hazırlanması üçün müraciət etsə də, onu eşidən olmayıb.

Mənbənin söylədikləri: «Əslində, hər il büdcədən komissiyaya da müvafiq pullar ayrılır. Halbuki həmin vəsaitin tamamı FHN-yə ayrılmalıdır. Abid Şərifov bir növ Kəmaləddin Heydərovun şərikinə çevrilib».

Mənbəmiz bildirdi ki, iki gün əvvəl Kəmaləddin Heydərov hakimiyyətin üst düzəyindən bu məsələnin birdəfəlik qaydada çözülməsi xahişini edib və ona müsbət cavab verilib: «Ola bilsin ki, yaz aylarında bununla bağlı addım atılsın».


Geri qayıt