Əsas Səhifə > Güney Press, Araşdırma > SUMQAYITDA ƏHALİYƏ NİYƏ ZÜLM EDİRLƏR
SUMQAYITDA ƏHALİYƏ NİYƏ ZÜLM EDİRLƏR11-09-2013, 11:34 |
FaktXeber.com-un verdiyi məlumata görə, artıq bir neçə aya yaxındır ki, Sumqayıtda iki-üç gündən bir havaya kimyəvi qazlar buraxılır. Buna səbəb isə şəhərdə və şəhərdən kənarda fəaliyyət göstərən zavod və müəssisələrin atmosferə sözü gedən iyli maddələri atmasıdır. Sumqayıt sakinləri artıq məlum iyə görə cana doyduqlarını bildiriblər. Hər gün səhər tezdən işə getmək üçün zəngli saata ehtiyacları olmadıqlarını bildirən sakinlər, “hər gün səhər saat 7-dən sonra qaz iyinin vasitəsilə yuxudan dururuq. Elə bil evimizin içində şin yanıb. Pəncərələri bağlamağımızın da faydası yoxdur. Artıq cana doymuşuq. Bir neçə dəfə aidiyyəti qurumlara müraciət etməyimizə baxmayaraq heç bir faydası olmayıb. Xahiş edirik ki, bizə bu dərddən qurtarın”, -deyə əlavə ediblər. Sözügedən problemlə bağlı Ekologiya Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Nazirlikdən FaktXeber.com-a bildirdilər ki, problemlə bağlı araşdırma aparıb cavab veriləcək. Geri qayıt |