Əsas Səhifə > Şou-biznes > AYBƏNİZ HAŞIMOVA XEYRİYYƏ KONSERTİ TƏŞKİL EDƏCƏK

AYBƏNİZ HAŞIMOVA XEYRİYYƏ KONSERTİ TƏŞKİL EDƏCƏK


11-09-2013, 11:39
AYBƏNİZ HAŞIMOVA XEYRİYYƏ KONSERTİ TƏŞKİL EDƏCƏK
Əlişir Kərimov (Qazaxıstan) və Təhminə Niyazova (Tacikistan) Bakıda xeyriyyə konsertləri ilə çıxış edəcək. Bu barədə Mövqe.az-a əməkdar artist ,"Bülbüllər" ("Bülbül") qrupunun rəhbəri Aybəniz Həşimova bildirib.
Konsertlərin biri Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında sentyabrın 22-də baş tutacaq və əlil internat məktəbləri və uşaq şagirdlərinə təqdim olunacaq. Aybəniz Haşımova konsert zamanı gənc müğənni, qızı Aynişan Quliyeva və "Bülbüllər” qrupu ilə çıxış edəcək: "Müğənnilərin səfərində əsas məqsəd Azərbaycanda valideyn qayğısından məhrum olmuş, fiziki cəhətdən əlil olan körpələrimizə təmənnasız konsert verməkdi. Səfər zamanı, gələn qonaqların Tovuz rayonunda, əsgərlərimizlə görüşü, Azərbaycanın dilbər güşələrinin ekskursiyası da nəzərdə tutulub.

Bu konsert xalqların böyük dostluq körpüsünün bariz nümunəsi olacaq. Konsertdə Aynişan və "Bülbüllər”də mənimlə bərabər sevə-sevə körpələri gözəl nəğmələrlə sevindirəcəyik. Bu böyük xeyriyyə tədbirində mənə yaxından dəstək olan dəyərli bacım, xalqımızın layiqli övladı xanım Qənirə Paşayevaya, 12 May Şirkətinə və dəyərli qardaşımız Səbuhi Rəcəbə, İçtimai Televiziyadan Saleh Bağırova xüsusi təşəkkür edirəm. Konsertdə, qonaqlarların bizimlə duetləri də nəzərdə tutulub. İnanıram ki, körpələr bu konsertdən böyük zövq alacaqlar”.


AYBƏNİZ HAŞIMOVA XEYRİYYƏ KONSERTİ TƏŞKİL EDƏCƏK

Geri qayıt