Əsas Səhifə > Sosial, Manşet > ELŞAD ABDULLAYEV QARDAŞI KİMİ QEYBƏ ÇƏKİLƏCƏK

ELŞAD ABDULLAYEV QARDAŞI KİMİ QEYBƏ ÇƏKİLƏCƏK


11-09-2013, 11:50
ELŞAD ABDULLAYEV QARDAŞI KİMİ QEYBƏ ÇƏKİLƏCƏK
HİMAYƏDARLARI KEÇMİŞ REKTORUN DANIŞA BİLƏCƏYİNDƏN EHTİYAT EDİR

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin interpol tərəfindən həbs olunması xəbəri yayılsa da, sonradan bu məlumatlar təkzib olundu. Maraqlıdır ki, onun özü tərəfindən yox, adamları, yaxınları, qohumları tərəfindən. Və hətta bildirildi ki, sabiq ABU rektoru yaxın günlərdə yeni video da yayacaq.

Lakin bunların heç biri baş vermədi. Bu gün isə redaksiyamıza Elşad Abdullayevlə bağlı müəmmalı xəbərlər daxil olub. DİA.AZ-a daxil olan məlumatların birində qeyd olunur ki, Elşad Abdullayevi Bakıdakı himayədarları gizlədiblər. Ona görə də keçmiş rektorun yoxluğu bəzi dairələri həbs olunması barədə düşünməyə vadar edib.

Mənbənin söylədikləri: «Elşad Abdullayevi himayə edənlər yaxşı bilir ki, əslində birbaşa olaraq hakimiyyətin sütunların6ı hədəfə alan bu videoqalmaqalların hesabı verilməlidir. Elə buna görə də bəri başdan izin itirilməsinə çalışılır. Çünki seçkilərdən dərhal sonra sözügedən istiqamətdə çox ciddi addımlar atılacaq».

Mənbəyə görə, hakimiyyətdə ciddi mövqe tutan himayədarlar məhz ehtiyat tədbirləri naminə Elşad Abdullayevə ortadan yox olmağı tövsiyyə ediblər: «O da əməl edib. Amma vəziyyətin bu şəkildə davamiyyəti imkansızdır. Elşad Abdullayev saxta kimliklə gizlənir və Avropanı dolaşır. Amma nə zamana qədər? Ona görə də himayədarlarının Elşad Abdullayevdən birdəfəlik qurtula bilmələri üçün başqa planları düşünə bilmələri də gözləniləndir. Elə bu səbəbdən bir fikir də açıq şəkildə deyilə bilər: ELŞAD ABDULLAYEVİN HƏYATI TƏHLÜKƏ ALTINDADIR».

Mənbə iddia edir ki, məhz bildiklərini danışmaması üçün onu susdura bilərlər: «Ya da qardaşı kimi birdəfəlik olaraq qeybə çəkilər».

Geri qayıt