Əsas Səhifə > Dünya > "MÜHARİBƏYƏ MANE OLMAQ ÜÇÜN HƏR ŞEYİ EDƏCƏM"
"MÜHARİBƏYƏ MANE OLMAQ ÜÇÜN HƏR ŞEYİ EDƏCƏM"11-09-2013, 12:24 |
Suriya prezidenti Bəşər Əsəd ölkəsinə hərbi müdaxilənin edilməməsi üçün hər şeyi edəcəyini bildirib. ANS PRESS-in məlumatına görə, CBS telekanalına açıqlamasında Bəşər Əsəd kimyəvi silah hücumunu rədd edib: “Müharibəyə maneə törətmək üçün hər şeyi edəcəyəm. BMT-nin qrupu Suriyada olan zaman kimyəvi silahdan istifadə edilməsi məntiqlimi?”. Öz əsgərlərinin kimyəvi maddənin təsirinə məruz qaldığını iddia edən Əsəd, müxalifətin son 4 ay aərzində onlara raket zərbələri endirdiyini mə silahlı müxalif qrupların kimyəvi silah hücumu etdiyi barədə görüntülərinin iinternetdə yayıldığını deyib. Bəşər Əsəd Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrin Suriyanın altını qazmaq istədiyini iddia edib. Suriya lideri Türkiyə hakimiyyətinin “Müsəlman Qardaşları”nın bölgədə hakim mövqeyə gəlməsinin onların lehinə olacağına və bununlada ölkələrinin siyasi gələcəyinə təminat alacaqlarına inandığını da sözlərinə əlavə edib. Geri qayıt |