Əsas Səhifə > Güney Press, Araşdırma > DİŞİNİ ÇƏKDİRƏN SAĞALMAZ DƏRDƏ DÜŞÜB
DİŞİNİ ÇƏKDİRƏN SAĞALMAZ DƏRDƏ DÜŞÜB13-09-2013, 10:40 |
Masallı rayonunun Böyük Xocavar kənd sakini diş həkiminin səhlənkarlığının qurbanı olduğunu iddia edir. Belə ki, Qabil İbrahimov adlı rayon sakini oğlu Sücəddinin sağalmaz dərdə düçar olduğunu deyir. Onun sözlərinə görə, Yekaterinburqda araşdırma nəticəsində məlum olub ki, oğlunda Vegenera xəstəliyi əmələ gəlib. "Orada dedilər ki, bu xəstəlik dişin çəkilməsindən sonra infeksiya səbəbindən yarana bilər. O gündən bu günə nə qədər müalicə edirik, heç bir əlac da yoxdur. 3 gündür ki, İran İslam Respublikasından qayıdıb, vəziyyəti də yaxşı deyil". Xəstəliyi kritik həddə çatan Sücəddini can ağrılarından da çox həkimin laqeydliyi yandırır. Zərərçəkən Sücəddin İbrahimovun sözlərinə görə, həkim onu dərdə salsa da, bir dəfədə olsun baş çəkməyib. "Qulağım eşitmir, gözüm görmür. Ağzımın içində yarıq var. Nə içirəm gəlib burnumdan tökülür. Belə insanlıq olar?”. Məsələyə aydınlıq gətirmək üçün Masallı rayonunun Banbaşı kəndində həkim Əlövsət Əhmədovun evinə (ans) getsəkdə, rayondan kənarda olduğundan tapa bilmədik. Telefon əlaqəsi zamanı həkim dişi özünün çəkdiyini və adıçəkilən şəxsin xəstə olduğunu dedi. "Dişi mən çəkmişəm. Bu xəstə olub. İranda, Çelyabinskdə başından müalicə alıb. Onun beynində şiş var. Biz bilmədən onun dişini çəkmişik, haymar boşluğu açılıb. Bu diş çəkdirəndən sonra o, gedib onun yanındakı dişi də çəkdirib. Sonra 5 yerə müraciət edib. Ola bilər infeksiyalaşıb”. Təqsirləndirilən tərəf zərərçəkənlərin ondan 60 min manat təzminat tələb etdiyini bildirdi. Qeyd edək ki, zərərçəkənin iddiasını hazırda Masallı rayon Prokurorluğu araşdırır. İşi araşdıran müstəntiq Elmar Əhmədli vətəndaş Qabil İbrahimovun şikayəti ilə bağlı iki dəfə məhkəmə tibbi ekspertizasının keçirildiyini bildirib. Müstəntiqin sözlərinə görə, iş Baş Prokurorluq tərəfindən nəzarətə götürülərək, təkrar istintaqa qaytarılıb. Araşdırmalar davam edir və 3-cü dəfə ekspertiza keçiriləcək. Geri qayıt |