Əsas Səhifə > Dünya > QƏDDAFİSİZ LİVİYADA DA DİNCLİK YOXDUR

QƏDDAFİSİZ LİVİYADA DA DİNCLİK YOXDUR


13-09-2013, 10:54
QƏDDAFİSİZ LİVİYADA DA DİNCLİK YOXDUR
Liviyanın Əlcazairlə sərhəddindəki Dərc vilayətində Əl-Ceramilə tayfasından bir gənclə sərhədçilər arasında mübahisə sonda silahlı qarşıdurma ilə nəticələnib.

ANS PRESS-in "Habertürk"-ə istinadən verdiyi xəbərə görə, qarşıdurma nəticəsində 11 nəfər həlak olub. Həlak olanlardan 3 nəfirinin sərhədçi, digərlərinin isə tayfa üzvləri olduğu bildirilir.

Şahid ifadələrində, sərhədçilərin ölən yoldaşlarının intiqamını almaq üçün tayfa üzvlərinə məxsus evləri yandırdığını, buna görə də əhalinin bölgəni tərk edərək Əlcazair tərəfə keçməyə çalışdıqlarını bildirilir.

Sərhəd xəttində ölkədən çıxmaq istəyən sakinlərlə sərhədçilər arasında tez-tez qarşıdurmaların yarandığı bildirilir.

Geri qayıt