Əsas Səhifə > Partiya > MÖVSÜM SƏMƏDOV ƏFV ƏRİZƏSİ YAZMAYACAQ

MÖVSÜM SƏMƏDOV ƏFV ƏRİZƏSİ YAZMAYACAQ


13-09-2013, 11:59
MÖVSÜM SƏMƏDOV ƏFV ƏRİZƏSİ YAZMAYACAQ
Vəkil Anar Qasımlı 11 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkərək Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovla görüşüb. O, məhbusdan “Media forum” saytının bir neçə sualına cavab alıb.

Mövsüm Səmədov bildirib ki, prezidentə əfv ərizəsi ilə müraciət etmək fikrində deyil: “Əfvi o şəxs istəyə bilər ki, həqiqətən də hansısa bir günah əməl və yaxud cinayət törətmiş olsun. Bütün ictimaiyyətə bəllidir ki, islamçıların həbsi siyasi sifarişdir. Bu həbsin əsas səbəbi dini atributlara qarşı addımlara və ədalətsizliyə etirazımız olub. Bu halda kim kimdən və nəyə görə əfv istəməlidir?”

Rəhbəri olduğu partiyanın prezident seçkisində Ədalət Partiyasının sədri İlyas İsmayılovun namizədliyini dəstəkləməsinə gəlincə, Mövsüm Səmədov deyib ki, yaxın günlərdə partiyanın rəhbərliyində təmsil olunan şəxslərlə görüşü gözlənir, görüşdən sonra bu məsələyə münasibət bildirəcək.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

Geri qayıt