Əsas Səhifə > Cəmiyyət, Manşet > ZAKİR FƏRƏCOVUN ADINDAN SAXTA DİPLOM ALVERİ
ZAKİR FƏRƏCOVUN ADINDAN SAXTA DİPLOM ALVERİ13-09-2013, 15:19 |
MİKAYIL CABBAROV BUNLARI BİLİRMİ? DİA.AZ: - Abşeron rayon icra hakimiyyəti başçısı Zakir Fərəcovun adı bir sıra qalmaqallarda hallandırılmaqdadır. Redaksiyamıza daxil olan müraciətlərdən də aydın olur ki, rayon icra hakimiyyəti Zakir Fərəcovun kölgəsinə sığınaraq Azərbaycan dövlətinin qanunlarını ayaqlar altına almaqdadırlar. Təbii ki, belə bir şəraitdə icra başçısına güldən ağır sözün deyilməməsi də ortaya bir sıra şübhəli məqamları çıxarır. DİA.AZ olaraq keçən günlərdə yaydığımız məlumatda bildirmişdik ki, Abşeron rayon sakini İlahə Alıyeva icra hakimiyyətinin işçisi Eldəniz Səfərovun fırıldaq yolu ilə onun külli miqdarda pulunu mənimsədiyini iddia edirdi. Məlumat üçün bildirək ki, Zakir Fərəcovun işçisi olmasına rəğmən Eldəniz Səfərov vətəndaşa saxta diploma satma cəsarətini də nümayiş etdirib. Redaksiyamıza bununla bağlı bir sıra faktları -səs yazılarını, gizli videoçəkilişləri və konkret sənədləri təqdim edən vətəndaş ona verilmiş Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin saxta diplomunun surətini də redaksi yamıza yollayıb. Bu fakt isə onu təsdiqləyir ki, Zakir Fərəcov Abşeronda rəsmən bir özbaşınalıq mühiti yaradıb. Əgər belə olmasaydı, onun adından Abşeronda oturub hansısa ali tədris ocağının diplomunun satışı ilə məşğul olmazdılar. Qeyd edək ki, İlahə Alıeyvadan Eldəniz Səfərov bu saxta diplom üçün 1500 manat pul alıb. Faktla bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Aşağıdakı həmin saxta diplomun surətini təqdim edirik. Geri qayıt |