Əsas Səhifə > Dünya > İSPANİYA RƏSMƏN ÇÖKÜŞDƏDİR

İSPANİYA RƏSMƏN ÇÖKÜŞDƏDİR


14-09-2013, 10:49
İSPANİYA RƏSMƏN ÇÖKÜŞDƏDİR
İspaniyanın dövlət borcu iyunun sonuna 942,8 mlrd. avroya çatıb ki, bu da tarixi maksimumdur. “APA-Economics”in məlumatına görə, beləliklə, ölkənin dövlət borcu ÜDM-in 92,2%-inə çatıb.

Qeyd edək ki, son vaxtlar İspaniya hökuməti büdcə xərclərini azalmağa çalışır, lakin işsizliyin kəskin artması (hazırda bu göstərici 26%-ə çatıb) buna nail olmağı çətinləşdirir, çünki bu, işsizlik üzrə müavinətlərin artmasına səbəb olur.

Proqnozlara görə, yaxın üç ilə İspaniyanın dövlət borcu ÜDM-in 100%-inə çata bilər ki, bu da təxminən 100 il bundan əvvəl müşahidə olunub.

Geri qayıt