Əsas Səhifə > Partiya > "ZAHİD ORUC CƏMİL HƏSƏNLİDƏN ÇOX SƏS YIĞACAQ"

"ZAHİD ORUC CƏMİL HƏSƏNLİDƏN ÇOX SƏS YIĞACAQ"


14-09-2013, 11:11
"ZAHİD ORUC CƏMİL HƏSƏNLİDƏN ÇOX SƏS YIĞACAQ"
“Azərbaycanda keçiriləcək prezident seçkilərinin qalibi hakimiyyətin namizədi olacaq.”

Bunu SalamNews-a və İnterAz-a müsahibəsində politoloq Qabil Hüseynli söyləyib.

O bildirib ki, bunu keçirilən sosioloji-rəy sorğuları da göstərir: "Xalq hakimiyyətin namizədini özünə lider seçmək istəyir. Qeyd etmək yerinə düşər ki, belə məqamda təbliğat-təşviqat böyük önəm daşıyır. Burada hakimiyyətin namizədinin resursları və şansları daha çoxdur. Seçkilərdə əsas mübarizənin hakim partiya ilə Milli Şuranın namizədi arasında yox, hakim partiya ilə müstəqil namizəd Zahid Orucun arasında gedəcək. Hakim partiyanın namizədinə rəqib kimi əsas namizəd Zahid Orucdur. Onun potensialını daha yüksək hesab edirəm.”

Politoloq deyib ki, müstəqil namizəd olan Zahid Oruc müxalif partiya namizədlərindən daha yüksək səs yığacaq.

Geri qayıt