Əsas Səhifə > Güney Press, Araşdırma > ŞƏRURLU İSFƏNDİYARDAN PREZİDENTƏ ŞİKAYƏT

ŞƏRURLU İSFƏNDİYARDAN PREZİDENTƏ ŞİKAYƏT


14-09-2013, 11:14
ŞƏRURLU İSFƏNDİYARDAN PREZİDENTƏ ŞİKAYƏT
“VEDI-E” MMC və “SAFARI-N” MMC tərəfindən aldadıldıqlarını bildirən bir qrup vətəndaş ölkə başçısı Ilham Əliyevə, xanımı Mehriban Əliyevaya, milli təhlükəsizlik naziri Eldar Mahmudova, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətin bir surəti də “Azadlıq” qəzetinə göndərilib.

Onların sözlərinə görə, 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. Bu şirkətin təsisçisi Elmr Məhərrəmov, direktoru isə Qoşun Rəhimovdur. Müqavilə əsasında şirkət vətəndaşlardan toplam olaraq bir milyon manatdan çox vəsait alıb. Vətəndaşlar pul alınması barədə maliyyə arayışları da var. Lakin vətəndaşlara “VEDI-E” MMC-nin inşa etdiyi binada mənzil almaq qismət olmayıb. Çünki şirkət tikinti işlərini bir müddət sonra naməlum səbəblərdən dayandırıb. Orada işləyən fəhlələr buraxılıb. Vətəndaşlar “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun qəbulunda olublar. Lakin o, məsuliyyəti “SAFARI-N”MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDI-E” MMC podraçtı, “SAFARI-N” MMC isə sifarişçidir.

Bu şirkətin direktoru isə Imran Axundovdur. O, “Şərurlu Isfəndiyar” kimi tanınan iş adamı Isfəndiyar Axundovun qardaşıdır.

Vətəndaşlar Imran Axundovun da qəbulunda olublar. O da öz növbəsində məsuliyyəti “VEDI-E” MMC-nin üzərinə atıb. “Beləliklə aydın oldu ki, biz növbəti tikinti fırıldaqçılarının qurbanı olmuşuq. Bu işdə 18 ailə, təxminən 50-ə yaxın Azərbaycan vətəndaşı zərərçəkəndir”, - deyə vətəndaşlar bildirir.

Onların sözlərinə görə, əslində bu işdə “Şərurlu Isfəndiyar” əsas rol oynayır. Bu cür işlərlə məşğul olan podratçı şirkətlər məhz onun nəzarətindədir.

“Şərurlu Isfəndiyar”ın adı Azərbaycanda tikinti sahəsində baş verən dələduzluq əməllərində bir neçə dəfə hallanıb.

Geri qayıt