Əsas Səhifə > Sosial, Manşet > BAYILDA BÖYÜK TIXAC

BAYILDA BÖYÜK TIXAC


28-09-2011, 11:31
BAYILDA BÖYÜK TIXAC

SİSTEMSİZ İNŞAAT İŞLƏRİ 10 KİLOMETRLİK TIXAC YARATDI

DİA.AZ: - «Avroviziya-2012» tədarükü Bakının mərkəzi rayonu olan Sabyelin Bayıl qəsəbəsini əməlli-başlı iflic edib desək, yanılmarıq. İnşaat işləri səbəbindən 35 min sakini olan Bayıl qəsəbəsində gah saatlarla elektrik enerjisi olmur, gah evlərin təbii qazla təminatı dayandırılır, gah da sular kəsilir. Bir sözlə, bu gün başdan-başa inşaat meydançasını xatırladan Bayılda həyat vətəndaşlar üçün işgəncəyə bərabərdir.

Bu gün səhər saatlarından etibarən isə Bayıl ərazisində uzunluğu 10 kilometrə çatan tıxac əmələ gəlib. Nəzərə alsaq ki, Bayıl həm də paytaxtın giriş qapısıdır, eyni zamanda Qaradağ rayonu ərazisində yerləşən «Binə» və «Sədərək» ticarət mərkəzlərinə gedən yol da bu ərazidən keçir, o zaman qısa müddət içində tıxacın daha da böyüməsi gözlənilir.

Hadisə yerində olan «Dünya» İnformasiya Agentliyinin (dia-az.life) əməkdaşının sözlərinə görə, tıxaca səbəb keçmiş «İnturist» mehmanxanasının yanında inşa olunan yeni tikililərin qarşısında həyata keçirilən qazıntı işləridir: ««Gülüstan» Sarayının yaxınlığından keçən yuxarı alternativ yol da bir neçə gün əvvəl baş verən sürüşmə səbəbindən bağlandığından hazırda Bayıla nə girmək mümkündür, nə də çıxmaq».

Tıxacın «20-ci sahə» dairəsindən başlayaraq «Azneft» meydanına qədər uzandığını bildirən əməkdaşımız onu da söylədi ki, anbaan tıxac böyüyür.


Geri qayıt