Əsas Səhifə > Dünya > TÜRKİYƏDƏ ÜMUMMİLLİ MATƏM ELAN OLUNUB
TÜRKİYƏDƏ ÜMUMMİLLİ MATƏM ELAN OLUNUB14-01-2012, 17:34 |
MATƏM DENKTAŞ DƏFN OLUNAN TARİXƏ QƏDƏR DAVAM EDƏCƏK Türkiyədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu Rauf Denktaşın vəfatı ilə bağlı ümummilli matəm elan olunub. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bununla bağlı Türkiyə Nazirlər Kabineti qərar verib. Bu gündən başlanan matəm Rauf Denktaşın dəfn olunacaq gün bitənə qədər davam edəcək. Bununla bağlı Türkiyədə, dövlətin bütün xarici təmsilçiliklərində bayraqlar endiriləcək. Qeyd edək ki, Rauf Denktaş yanvarın 17-də torpağa tapşırılacaq. Geri qayıt |