Əsas Səhifə > Gündəm, Manşet > FARS NÖKƏRLƏRİ DİA.AZ-I HƏDƏLƏDİ

FARS NÖKƏRLƏRİ DİA.AZ-I HƏDƏLƏDİ


16-01-2012, 12:01
FARS NÖKƏRLƏRİ DİA.AZ-I HƏDƏLƏDİ

KÖLƏLİKDƏN QURTULMAYANLAR, DEYƏSƏN, BİZİ DƏ KÖLƏ BİLİBLƏR…

DİA.AZ: - Məlum olduğu kimi, yarandığı gündən etibarən «Dünya» İnformasiya Agentliyi olaraq hər zaman milli dövlətçilik mövqeyində durmağa çalışmışıq. Və elə buna görə də daha çox Azərbaycanı, Azərbaycan türkünü narahat edən mövzulara toxunuruq.

Amma deyəsən, bu fəaliyyətimiz kimlərisə qane etmir. Bunun da nəticəsində redaksiyamızın elektron ünvanına davamlı olaraq hədə dolu ismarıclar ünvanlanır. Qeyd edək ki, ilk belə hədə bir neçə gün əvvəl gəlmişdi.

Dünən isə «[email protected]» e-mail adresindən AZƏRBAYCANA QARŞI YENİ MOLLA TƏXRİBATI məlumatımızı nişan verərək DİA.AZ kollektivini hədələyiblər.

İlk əvvəl, 14 yanvar tarixində yaydığımız həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

«AZƏRBAYCANA QARŞI YENİ MOLLA TƏXRİBATI

FARS MİLLƏTÇİLƏRİ BİZİ «İSLAMA QARŞI ÇIXAN ÖLKƏ» KİMİ TƏQDİM EDİRLƏR

DİA.AZ: - Molla rejimi Azərbaycan əleyhinə müxtəlif təbliğat növlərindən istifadə etməkdədir. Bu dəfə isə diqqətləri «irib.ir» xəbər portalında ölkəmizin, xüsusən də hakimiyyətin guya ki, islam dini əleyhinə olması barədə rəylər yaradılmaqdadır. Davamlı olaraq bu portalda Azərbaycan xalqı «kafir müsəlmanlar» kimi təqdim olunur.

DİA.AZ-ın verdiyi xəbərdə bildirilir ki, bu dəfə molla rejimi saxta sorğu vasitəsilə Azərbaycan barəsində mənfi imic formalaşdırmaq fikrinə düşüb. Belə ki, sözügedən saytda respondentlərə «2012-ci ildə Azərbaycan Respublikası hakimiyyətinin islama olan münasibəti necə olacaq» şəklində sual verilir. Təbii ki, bu sorğunun hansı sonluqla bitəcəyi indidən məlumdur.

Amma məsələ bundadır ki, əslində fars-molla rejimi bu yolla Azərbaycanda islama qarşı bir hərətlənmənin olması barədə rəy yaratmağa çalışır. Halbuki Azərbaycanda islam yox, islam pərdəsi altında həyata keçirilən fars nökərçiliyi və müxtəlif qeyri-ənənəvi islam təriqətləri hədəfə alınıb. Hər halda, bunu Tehranda oturan saqqalı uzunlar da yaxşı bilir.

«Sorğunun» bu vaxta olan nəticələrini diqqətinizə çatdırırıq:

2012-ci ildə Azərbaycan Respublikası hakimiyyətinin islama olan münasibəti necə olacaq?

Vəziyyət indikindən daha da pisləşəcək
28 65.1%

Tamamilə dəyişəcək və müsbət olacaq
8 18.6%

Bəzi tolerant mövqelər göstərəcək
7 16.3%»

Bildirək ki, «[email protected]» e-mail adresindən gələn məktubun müəllifi və yaxud müəlliflərinin haralara bağlı olduğunu təxmin etmək bizim üçün çətin deyil. Hər halda, farslara nökərçilik etməyi şərəf bilib İslam dinini istismar edən molla rejiminin qısqırtması ilə öz dövlətinə qarşı gedənlərin kimliyi hər kəsə aydındır.

Amma deyəsən, ünvanımıza «Deyəsən başınız gidişir. boşboğaz-boşboğaz şeylər yazmaqla məşğulsuz. Bu bir xəbərdarlıqdır» kimi BOŞBOĞAZ ifadələr yağdırıb, bizim qorxacağımızı zənn edənlərin heç nədən xəbərləri yoxdur. Əgər olsaydı, o zaman belə bir təşəbbüsdə bulunmazdılar.

Çünki biz DİA.AZ olaraq bu dövlətin və Azərbaycan türkünün maraqlarına qarşı olan bütün var olanlara qarşıyıq və bu yolda kimlərinsə XƏBƏRDARLIĞI bizə vız gəlir. Və redaksiya olaraq bu hədənin müəlliflərinə ismarıcımızı da yollayırıq və onlardan fərqli olaraq, açıq şəkildə, kişi kimi: «Nəyi bacarırsınız edin!». Bir məsələni də unutmayın: BİZLƏR ÖZÜMÜZÜ GÜNEY AZƏRBAYCANIN AZADLIĞI UĞRUNDA ŞƏHİDLİYƏ HAZIRLAYANLARIQ! Odur ki, hansısa fars nökərinin “XƏBƏRDARLIĞI” yersizdir, bacardığınızı edin!

Onu da qeyd edək ki, DİA.AZ olaraq bu faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmək niyyətindəyik.


Geri qayıt