Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT İÇİNDƏ NÖVBƏDƏNKƏNAR TƏMİZLƏMƏLƏR
HAKİMİYYƏT İÇİNDƏ NÖVBƏDƏNKƏNAR TƏMİZLƏMƏLƏR16-09-2013, 13:29 |
MEHDİYEVİN ÇEVRƏSİNDƏ OLANLAR SEÇKİLƏRƏ QƏDƏR DƏ «VURULA BİLƏR» DİA.AZ: - «Bu gün iqtidar daxilində çox ciddi narazılıqlar var. Vəziyyət o həddədir ki, hətta bir-birilərinə rəqib yox, düşmən münasibətində olan daxili qruplaşmalar prezident seçkilərini belə gözləməyə hövsələ nümayiş etdirmirlər». Bu ilginc məlumatı DİA.AZ-a verən qaynaq iddia edir ki, hakimiyyət daxilində kəskin qütlbəşmə nəticəsində yaranmış cinahlar seçki prosesinə nəzarət rıçaqları uğrunda ciddi mübarizə aparırlar: «Doğrudur, şərti olaraq «ənənəvilər» adlandıra biləcəyimiz Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətində olan cinah xeyli geriləməli olub və faktiki olaraq seçki prosesindən kənarda tutulmaqdadır. Bir yandan da bu cinahın fəal nümayəndələrindən olan PA-nın şöbə müdiri Əli Həsənovun səhhətindəki problem təbii şəkildə sözügedən qrupun imtiyazlarını daha da daraldıb». Mənbəyə görə, bunun əksinə olaraq, digər güc mərkəzi həm imkanlarını genişləndirir və həm də təsir dairəsini: «Bu seçki prosesi demək olar ki, «ənənəvi» qüvvələrsiz yola veriləcək. Doğrudur, metodlarda bir dəyişiklik yoxdur. Və elə bununla da mehdiyevçilərə ehtiyacın duyulmadığı da bir qənaət olaraq formalaşmış olacaq». «Əgər situasiya bu şəkildə davam edrəsə, o zaman seçkilərə qədər - erkən kadr islahatları da baş verə bilər». Bunu da mənbəmiz iddia edir və bildirir ki, bu dəyişikliklər mehdiyevçilərin hakim düşərgədən dışlanması ilə müşaiyət olunacaq. Geri qayıt |