Əsas Səhifə > Şou-biznes > "KEÇMİŞ ƏRİM GƏLDİ, SÖYDÜ, AĞZINA GƏLƏNİ DEDİ"

"KEÇMİŞ ƏRİM GƏLDİ, SÖYDÜ, AĞZINA GƏLƏNİ DEDİ"


16-09-2013, 13:56
"KEÇMİŞ ƏRİM GƏLDİ, SÖYDÜ, AĞZINA GƏLƏNİ DEDİ"
Türkiyənin tanınmış aktrisalarından biri, seriallardakı rolları ilə populyar olan Canan Hoşgör sabiq əri Hamdi Alkanı və onun sevgilisi Selen Görgüzeli məhkəməyə vermişdi.

Məhkəmənin qərarına görə, aktyor Hamdi Alkan iki dəfə evlənib-boşandığı sabiq arvadına 30 metrdən yaxın məsafəyə yaxınlaşa bilməz.

Milli.Az AHT-yə istinadən bildirir ki, C.Hoşgörün dediyinə görə, məhkəməyə üz tutmasının səbəbi sabiq ərinin davranışıdır.

"İki uşağımız var, ötən il ikinci dəfə boşandıq. Dost qalacağımızı düşünürdüm, amma alınmadı. Məhkəmənin qərarına görə, o, 3 ay ərzində məndən 30 metr aralıda durmalıdır. İstirahətdəydim. Evimi çəkilişlər üçün bir həftəlik "Aksoy Film"ə verdim. Amma Hamdi sevgilisi ilə evə gəlib. Binadakı xadimədən tutmuş, mənzildəki adamlara, serial çəkənlərədək hamıya söyüb.

Mənə də zəng vurdu, söydü, ağzına gələni dedi. Uşaqlarımın yanında məni təhqir etdi. Əslində, onunla nikahda olanda sürəkli söyür, vururdu. Amma uşaqlarımın xətrinə dözürdüm. Boşandıq. Yalvardı, üzr istədi. Yenidən evləndik, ikinci uşağımız oldu. Hamdi ağıllanmadı. Yenə söyüşlər, dava-dalaş. Məni döyürdü. Dilə-ağıza düşməmək, biabır olmamaq üçün susurdum, başıma gətirdiklərini kimsəyə demirdim. Axırda səbrim tükəndi, boşandım", - Canan Hoşgör deyib.

Onun sözlərinə görə, sabiq əri ona başqa qadınlarla xəyanət də edirmiş: "Davaların birində qaçıb çölə çıxdım, "Polis çağırın!" bağırdım. Arxamca gəldi, saçımdan tutub yerə yıxdı. Həkimə getdim.

Həkimlər onu tanıdıqları üçün səsləri çıxmadı. Polis də çağırmadılar. "Ailə məsələsidir" deyib məsələni bağladılar. Xəstəxanadan çıxanda da susdum, məsələni açıb-atartmadım. Nahaq yerə..."

Geri qayıt