Əsas Səhifə > Cəmiyyət, Manşet > SİYƏZƏN RAYON SAKİNİNİ ÖLÜMLƏ HƏDƏLƏYİRLƏR

SİYƏZƏN RAYON SAKİNİNİ ÖLÜMLƏ HƏDƏLƏYİRLƏR


16-09-2013, 16:19
SİYƏZƏN RAYON SAKİNİNİ ÖLÜMLƏ HƏDƏLƏYİRLƏR
NARAZI VƏTƏNDAŞ BAŞÇIDAN ŞİKAYƏTLƏNİR

DİA.AZ: - Redaksiyamıza Siyəzən şəhəri, C.Cabbarlı küçəsi ev 7-də yaşayan Cəbulla Ağalar oğlu Məmmədov tərəfindən şikayət məktubu daxil olmuşdur. Şikayətçi DİA.AZ-a yazdığı müraciətində bildirir: “Mən ikinci qrup əliləm, xəstəlikdən əlavə iki az yaşlı övladım var. Rayon icra başçısı Arif Qasımov, 19 iyul 2011-ci il tarixdən Siyəzən Rayonu İcra Hakimiyyətinin başçısı təyin olunan gündən rayonda özbaşnalıq və korrupsiya artıb. Başçı rayonu öz qohumları və yaxınları arasında bölüşdürüb. Bu özbaşnalıqların göstəricisi kimi , köməkçisi və öz həmyerlisi Tahirov Tariyelin qanunsuz göstərişi ilə 15.04.2013-cü il tarixdə mənim işdən azad olunmağımdır.

Bu qanunsuzluq barədə müvafiq strukturlara , o cümlədən Prezidentə, Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə şikayət məktubları və teleqramalar ünvanlamışam. Mənim etdiyim şikayətlərə baxmaq əvəzinə, əksinə 27.05.2013-cü ildə Siyəzən Rayon İcra Hakimiyyətinin Aqrar Məsələlər üzrə müavini məni şikayətlərimə son qoymasam, göndərdiyi məktubda məni həbslə hədələyir.

Yuxarıda qeyd etdiyim kimi , bildirirəm ki, məni işdən azad ediblər və iki az yaşlı övladım olduğundan aldığım pensiya müavinatı mənim ailəmin dolanışına kifayət etmir. Elə bu səbəbdən mən 01.07.2013-cü ildə Siyəzən rayon Əmək və Əhalinin Sosial Müdafiəsi İdarəsinə müraciət etdim. Bu idarənin müdiri Kamilə Yusifova və şöbə müdiri Rəşad Vidadi oğlu Ağayev bir illiyini bir yerdə almaq üçün alacağım məbləğin yarısını onlara verəcəyim təqdirdə mənim ailəmə sosial yardımın ayrıla biləcəyini dedilər. Mən isə onlarla razılaşmadım və əvvəlki illərdə, necə sosial yardım ayrılmışdır, o qayda ilə yardımın verilməsini tələb etdim. Əvəzində mənə ƏƏSMN-nin müvafiq sərancamında adam başına 30 manatdan artıq olmamaq şərti ilə yardım ayrılmaması haqqında qanunun olduğunu söylədilər.

Bu sərancamı mənə göstərin xahişini, idarə müdirəsi Kamilə xanım qəzəblənərək əlindəki sənədləri üstümə çırpıb, itil burdan: “Get kimə şikayət edirsən, et”. Məni otaqdan çıxardılar. Yarım ildir ki, o qapıdan, bu qapıya, bu qapıdan isə o, qapıya yuvarlayırlar.ƏƏSMN-nin qaynar xəttinə və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qaynar xəttlərnə dəfələrlə zəng vuraraq kömək istəmişəm. Lakin etdiyim şikayətlərin bir faydası yoxdur. Prokurorluğun Rəşad adlı köməkçisi isə həmişə məni bir bəhanə ilə yola verir. Mənim şikayətimə baxmaq əvəzinə, məni Kamilə xanımın əli ilə məhkəməyə də veriblər. Mən bu qədər biganəliyi, Arif Qasımov və onun komandasının qulu olmamağımda görürəm. Prezidentə və müxtəlif Nazirliklərə etdiyim şikayətlərə görə Arif Qasımov məndən bu yolla intiqam almaq istəyir”.


Geri qayıt