Əsas Səhifə > Güney Press, Araşdırma > 2 UNİVERSİTET REKTORU HƏDƏFDƏDİR

2 UNİVERSİTET REKTORU HƏDƏFDƏDİR


16-09-2013, 16:28
2 UNİVERSİTET REKTORU HƏDƏFDƏDİR
Ölkədə kiçik,orta və iri ranglı məmurlar rüşvətxorluq və digər korrusiyaya əməllərindən əl çəkmir. Əvvəllər rüşvət almaq məmurlar üçün yeganə”dolanışıq mənbəyi” hesab olunurdusa,artıq indi onlar korrupsiya yolu ilə qazandıqları pulları daha çox gəlir götürmək üçün iqtisadiyyatlarının ən gəlirli sahələrinə yatırırlar. Hazırda özəl universitetlərin rektorları universitetlərdən topladığı rüşvətin hesabına özlərinə biznes imperiyası qurublar. Belə orta və iri ranqlı məmurlar arasında özəl ali məktəblərin rektorları da var ki, onalrın toladığları pullar vətəndaşlardan demək olar ki məcburi qaydada alınır.
Hazırda Azərbaycanda təhsilin bərbad olduğu özəl universitetlər arasında Azərbaycan İctimai-Siyasi Universiteti birinci yeri tutur. Ekspertlərin və eləcədə ayrı-ayrı QHT-lər tərəfindən aparılan sorgularda ikinci mənfi imicə sahiblənən özəl universitetləri belə sıralamaq olar: Azərbaycan İctimai-Siyasi Universiteti, Təfəkkür Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Koorporasiya Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Asiya Universiteti, Qərb Universiteti və Azərbaycan Universitetidir. Redaksiyamıza bu universitetlərlə bağlı maraqlı bilgilər daxil olub. Hazırda özəl universitetlərin bir neçəsinin bağlancağı və bağlanan universitetlərin tələbələrinin universitetlərin birinə köçürüləcəyini deyən mənbəmiz bildirir ki, bu proses dərs ilinə qədər aparılmalıydı, lakin buna hazırlıq tam başa çatmadıqdan proses gecikdi. Mənbəmizin bildirdiyinə görə həmin özəl ali məktəblər haqqında dosiya tam toplanaraq prezidentə verilib. Belə bir təlimatın əslində bir növ «siyasi fətva» olduğunu bildirən mənbə anoloji qaydada Azərbaycan Beynəlxalq Universitetinin bağlandığını da söylədi: «ABU ilə bağlı da oxşar gediş olmuşdu və sonda bağlanan ABU-nun tələbələri ayrı-ayrı təhsil ocaqlarına köçürüldü və ABU-nun fəaliyyəti məhv edildi.”
Mənbəmiz bildirir ki, seçkidən sonra iki unversitetin taleyinə son qoyulacaq. Belə ki, neçə müddətdir ki, adı müxtəlif qalmaqallarda və rüşvətxorluq faktlarında hallandırılan İctimai Siyasi Univerisitet,”Odlar Yurdu” Universiteti haqqında tam dosiya ölkə rəhbərinə təqdim edilib və prezidenti inandıra biliblər ki, bu universitetlər Azərbaycan təhsilinə zərbə vurur. Beləliklə hər iki universitetin seçkidən sonra bağlanması üçün razılıq alınıb. Bu barədə məlumatı redaksiyamışa Təhsil Nazirliyindəki etibarlı mənbələr ötürüb. Bildirilir ki, bundan əlavə təhsil nazirinə özəl universitetlərin fəaliyyətinin və qeyri-qanuni tələbə qəbulu ilə bağlı araşdırılması haqda qəti tapşırıq verilib. Eləcə də adını çəkdiyimiz iki universitetin rektorları haqqında tam bilgi yenidən tolansın. Mənbə onu da əlavə olaraq bildirdi ki, artıq bu barədə təhsil nazirliyinə əlavə faktlar da verilib ki, həmin faktlarla hərəkət edilsin: «Təbii ki, bu məsələdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müstəsna müdaxiləsi var.” Mənbəmiz bildirir ki, seçkidən sonra İctimai-Siyasi Universitet və Odlar Yurdu universitetlərinin lisenziyası ləğv olunacaq. Bildirək ki,Universitet 1991-ci ilin iyun ayından fəaliyyətə başlamış (əvvəlki adı Ali İctimai-Siyasi Kollec) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli 204C saylı sərəncamı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdır. İctimai-Siyasi Unversitetin rektoru Rasim Nəbiyev keçmiş təhsil naziri Misir Mərdanovun yaxın adamı kimi tanınır. Təhsil nazirlindəki mənbəmiz qeyd edir ki, bu universitetin rektoru Rasim Nəbiyev Misirr Mərdanovla günü bu günə kimi şərilkli olaraq bu təhsil müəsisəsini işlədirlər. Universitetdən yığılan rüşvət və yüksək təhsil haqqı keçmiş təhsil naziri arasında bölünürdü. İndi isə Misir Mərdanovun təhsil naziri postundan getməsi bu özəl ali təhsil ocağının fəaliyyətinə də təsir göstərib.
Misir Mərdanov tərəfindən himayədarlığı zəifləyən bu ali təhsil müəssisəsi və onun rektoru haqqında maraqlı iddialar dolaşmağa başlayıb. Bildirək ki, ali təhsil müəssisəsi kimi 1991-ci ildən fəaliyyət gostərən, beynəlxalq munasibətlər, beynəlxalq iqtisadi munasibətlər, beynəlxalq hüquq, və s. istiqamətlərdə kadr hazırlığı ilə məşğul olan bu Universitet də qanunsuz tələbə köçürmələrdə iştirakına dair iddialar var.
Bu barədə səslənən fikirlərdə qeyd olunur ki, universitetlərin Rusiyanın ayrı-ayrı ali məktəbləri ilə yaxın ilişgiləri həmin iddiaların doğru ola biləcəyinə dair ehtimalları qüvvətləndirir. Qeyd edək ki, adıçəkilən universitet lər ətrafında bu cür iddiaların mütəmadi dolaşmasının nəticəsidir ki, adıçəkilən ali təhsil müəssisələrin qapadılması yönündə informasiyalar artıq mətbuatda da özünə yer alıb. Mənbəmiz bildirir ki, hər iki Universitetein bağlanmasına hazırlıq çoxdan gedib. Çünki bu ali təhsil ocağlarının adı korrupsiyaya bulaşmış universitetlər sırasında ilk pillələrdə gəlir. Mənbəmiz bildirir ki,, Təhsil Nazirliyinin "Qaynar xətt"inə daxil olan şikayətlərin əksəriyyəti məhz bu universitetlərin payına düşür. Bu nazirlik tərəfindən açıqlanan rəsmi məlumatlarda da öz əksini tapıb. Bundan başqa “Odlar Yurdu və İctimai Siyasi Unversiitetlərində ” təhsilin səviyyəsinin aşağı olması da universitetə abituriyent marağını da kəskin şəkildə azaldıb və hər il bu təhsil müəssisəsində bir xeyli tələbə yeri boş qalır. Bütün bunlar müvafiq orqanların hər iki Universitetin taleyi haqqında qəti qərar verməsini zəruri edib
Bildirək ki, bağlanması nəzərdə tutulan “"Odlar Yurdu" Universiteti haqqında da zaman-zaman mətbuatda maraqlı məlumatlar yayılb. Artıq neçə müddətdir ki, cəmiyyətdə “Odlar Yurdu” Universitetinin bağlanacağı barədə söz-söhbətlər səngimək bilmir. Əslində bu özəl ali təhsil müəssisəsinin təsis olunma prosesi, sahibinin və rəhbərliyinin dəyişilməsi və hazırki rektorunun fəaliyyəti hər zaman bir çox qaranlıq məqamları ilə həm ictimaiyyətin, həm də ölkə mətbuatının diqqətini cəlb edib. Hazırda məhz bu universitetin bağlanması da rektorun qaranlıq keçmişi və indiki vaxtda özünün aara bilməməsi bağlanmaya səbən olan ən əsas amillərdəndir . Məhz Əhməd Vəliyevin özbaşnalığı ucbatından bu universitetdə də korrusiya və qanunsuz köçürmələr baş alıb gedir. Nə qədər qəribə olsa da, artıq ölkədə korrupsionerlər bu tip metodlardan istifadə etməyə başlayıblar. Bu xüsusda “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin də fəaliyyəti diqqətə layiqdir. Məlum olduğu kimi Əhməd Vəliyevin universitetdən əlavə sement zavodları, klinikaları, bankları və çoxlu sayda ticarət obyektləri də var ki, bütün bunlara o təhsildən yığdığı rüşvətlərin hesabına nail olub.
Hələ neçə il öncə Təhsil Nazirliyinin həyata keçirdiyi məqsədyönlü yoxlamalar zamanı tesdənkənar qəbulun, imtahanlarda rüşvət hallarının bəzi özəl universitetlərdə adi normaya çevrildiyi aşkar olunmuşdu. Bu səbəbdən də öncə Müstəqil Azərbaycan Universiteti, Moskva Dövlət Açıq Universiteti, sonra isə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldı. Həmçinin Təhsil Nazirliyinin ali təhsil müəssisələrində tədrisin keyfiyyətilə bağlı apardığı montorinq zamanı “Odlar Yurdu” Universitetində də ciddi nöqsanlar aşkarlanmışdı. Xüsusən bu ali təhsil müəssisəsində qanunsuz tələbə qəbulu hallarının daha çox olması müəyyənləşdirilmişdi. Hazırda ölkədəki ali təhsil müəsisələri yeni dərs ilinə hazırlaşdığı bir vaxtda İctimai Siyasi Universitet və Odlar Yurdu Unversiteti isə təhsil nazirliyinin yoxlamalarına məruz qalıb. Mənbəmizin bildirdyi kimi seçkidən sonra bu iki universitet Müstəqil Azərbaycan Universiteti, Moskva Dövlət Açıq Universiteti, və Azərbaycan Beynəlxalq Universitetinin taleyini yaşayacaq. Onu da bildirək ki, belə proseslərdə əziyyət çəkən yenə sadə vətəndaşlar olur.

Geri qayıt