Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNDƏ ŞOK DƏYİŞİKLİKLƏR
MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNDƏ ŞOK DƏYİŞİKLİKLƏR16-09-2013, 17:15 |
DİA.AZ: - Müdafiə Sənayesi Nazirliyində rəhbərlikdə kadr islahatı həyata keçiriləcək. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbə məlumat verib. Mənbə iddia edir ki, əslində 2005-ci ildə yaradlmış nazirlikdə çoxdan kadr islahatı həyata keçirilməlidir: «Amma bu məsələdə nazirliyin yeni qurulması faktı nəzərə alındığından, ertələnmə qərarı verildi». Mənbə iddia edir ki, hələlik Mərdan Camalovun nazir postundan alınması nəzərdə tutulmasa da, onun müavinlərindən birinin və eyni zamanda MSN-nin aparat rəhbərinin vəzifələrindən alınması planlaşdırılır: «Konkret olaraq nazir müavini Tofiq Rəfiyevin və nazirliyin aparat rəhbəri Üzeyir İsmayılovun vəzifələrindən azad edilmələri gözlənilir. Hazırda nazirlikdə ümumi şöbənin müdiri postunu tutan Bəxtiyar Əsədovun nazir müavini gətiriləcəyi deyilsə də, aparat rəhbəri postuna kimin təyin ediləcəyi bilinmir». Mənbəmizə görə, bu islahatlar nazir Mərdan Camalovun iradəsindən kənar baş tutaxaq ki, bu da nazirliyin kənar güclərin nəzarətinə keçməsi anlamını daşıyır. Geri qayıt |