Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISI BƏYLƏR ƏYYUBOVU HƏDƏFƏ ÇEVİRİR

İCRA BAŞÇISI BƏYLƏR ƏYYUBOVU HƏDƏFƏ ÇEVİRİR


16-01-2012, 12:34
İCRA BAŞÇISI BƏYLƏR ƏYYUBOVU HƏDƏFƏ ÇEVİRİR

VİLYAM HACIYEV SAHİBKARLARDAN TOPLADIĞI PULLA VİLLA TİKƏCƏK?

DİA.AZ: - Adı onsuz da hakimiyyətin «vurulacaq kadrlar» siyahısına daxil olan Samuxun icra başçısı Vilyam Hacıyev, deyəsən, bu gethagetdən də pul çıxarmaq niyyətindədir. Xatırladaq ki, neçə müddətdir icra başçısı ilə Samux Asfalt Beton Zavodunun sahibi, iş adamı Nəsrulla Nəzərov arsında yaşanan qalmaqal mətbuatın diqqət mərkəzindədir.

Belə ki, Vilyam Hacıyev rayonda icra hakimiyyəti adından sözügedən sahibkara 391 min manatlıq iş gördürsə də, həmin məbləği nəinki geri qaytarmayıb, hətta sonradan, 2008-ci ildə prezidentin Samuxa səfəri zamanı fırıldaq yolu ilə sahibkarın əlavə olaraq 100 min manatını da mənimsəyib. Artıq bu iş üzrə müxtəlif məhkəmə instansiyalarının istintaqı həyata keçirilsə də, hələ də icra başçısı sahibkarın pullarını geri qaytarmaq haqqında düşünmür.

Samuxdakı qaynaqlardan «Dünya» İnformasiya Agentliyi redaksiyasına ötürülən məlumatlardan aydın olur ki, Vilyam Hacıyev yenə də rayondakı iş adamlarından pul toplamağa başlayıb: «O, sahibkarları Bəylər Əyyubovun adından hədələyir və bildirir ki, Bəylər müəllimə Samuxda villa tikilməlidir. Və hər bir sahibkardan 5-10 min manat arası pul alır».

Rayondakı qaynaq bildirir ki, artıq bu pultoplama kampaniyası ilə bağlı sahibkarlar arasında narazılıq yaranıb: «Amma ortada Bəylər Əyyubovun adının hallandırılması onların etiraz etmələrini əngəlləyir. Odur ki, sahibkarlar məsələ ilə bağlı Bəylər Əyyubovun özünə müraciət etməyi düşünürlər».

DİA.AZ - Könül Cəlilova


Geri qayıt