Əsas Səhifə > Güney Press, Üçüncü sektor > XAÇMAZLILAR XANBABAYEBDƏN ARTIQ DOYUBLAR
XAÇMAZLILAR XANBABAYEBDƏN ARTIQ DOYUBLAR17-09-2013, 14:39 |
Azərbaycanda İcra hakimiyyətlərinin başçılarını nahaq yerə “regionların kiçik padşahları” adlandırmırlar. Beləliklə təsdiqlənir ki, icra başçıları onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, vətəndaşları incitməkdən çəkinmirlər. Bir sözlə, vəzifəyə təyin olunandan bir müddət sonra yerlərini bərkidən kimi başlayırlar rayonda fironluq etməyə. Belə hallarda əyalətlərdə rüşvət, korrupsiya, məmur özbaşınalıqları və bundan doğan müxtəlif cinayətlər vüsət almağa başlayır. Bunun nəticəsidir ki, İcra başçıları rayondakı torpaqları satır və vətəndaşları incidirlər. Oliqarxların xeyir- duası ilə rayonlara başçı təyin olunan başçılar elə himayədarların hesabına yerlədə hegemonluq edirlər. Arxayın olan başçılar rayonlarda idarələrə müdir təyinatını rüşvət alaraq rahatca həyata keçirirlər ki, həmin idarə rəhbərləri vəzifəyə görə verdiyi rüşvətdən əlavə hər ay da icra başçılarına “aylıq haqq” verirlər. Bunun nəticəsidir ki, həmin idarə rəhbərləri də başçıya bel bağlayaraq hər hoqqadan çıxırlar. Belə rayonlardan biri də Xaçmazdır ki, burada icra başçısı Şəmsəddin Xanbabyev rayonda bütün sahələrə əl qoyub, Xaçmazın torpaqlarını satmaqla məşğul olur. Eləcədə rüşvət alıb vəzifəyə qoyduğu rayondakı dövlət məmurları Xaçmazda at oynadırlar. Bundan əvvəlki saylarmızda Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin biznes sahələrindən yazmışdıq. Bu dəfə isə icra başçısı və rayon təhsil şöbəsi müdrinin qanunsuz hərəkətlərindən yazacayıq. Essintukidə istirahət edən Şəmsəddin Xanbabayev Xaçmazadakı mənbəmiz TİA.AZ-a bildirir ki, neçə müddətdir ki, xaçmazlılar icra başçısısnın qəbuluna girmək istəyir, amma başçını rayonda tapa bilmirlər. Xaçmaz sakinləri bildirir ki, hər həftə bşçının qəbulu üçün rayona getsələr də icranın müavini Akif Mərdənov Şəmsəddin müəllimin rayonda olmadığını deyir. Essintukidə olduğunu və gələn həftə gələcəyini bildirir. Beləcə həftələr aya dönüb Şəmsəddin müəllim istirahətdən gəlməyib. Icra başçısının qəbuluna girmək istəyənlər isə rayonun köhnə Xaçmaz kəndinin bir qurup sakinidir. Buna səbəb isə şəhərdən 500 metr aralıda yerləşən köhnə Xaçamz kəndinin şəhərlə yeganə piyadə yolu olan körpü ilə bağlıdır ki, bu körpü ilə kənd sakinləri şəhərə gəlib-gedir. Yerli sakinlərin bildirdiyinə görə kənddə məktəb olmadığından kənddən 500-dən şox şagird şəhər məktəbinə gedir. Köhnə xaçamzlıları narahat edən də elə bu məsələdir. Şəhərlə kəndi birləşdirən yeganə keçid yolu uçub sökülüb və hazırda təhlükəli vəziyyətdədir ki, buradan məktəblilərin keçidi mümkünsüz olub. Təhsil şöbəsinin müdrinin pəncərədən baxan gözləri önündə məktəblilər körpüdən yıxılaraq xəsarətlər alır Yerli sakinlərin bildirdiyinə görə uçub sökülərək bir yanlı olan körpü rayonun təhsil idarəsinin müdiri Mədinə Nurməmmədovanın pencərəsinin qarşısındadır. Ötən dərs ilində Təhsil idarəsinin pəncərədən baxan gözləri qarşısında 10 dan çox şagird bu körpüdən çaya yıxılıaraq xəsarət alıb. Rayonun təhsil idarəsinin düz 15 metrliyində yerləşir bu körpü, amma təhsil naziri bu kənddən gələn 500-dən çox məktəblilin taleyi ilə maraqlanmır. Bundan əlavə İcra başçısıının “əsabələri” hər gün bu körpünün yanından ötüb keçirlər, bu mənzərənin şahidi olurlar, amma bir ölçü götürmürlər. Köhnə Xaçmaz kənd sakinləri redaksiyamıza bildirirlər ki, hər il dərs ili gələndə bu problemi icra başçısının nəzərinə çatdırmaq istəyirlər, məktəblilərin gediş-gəlişinə şərait yaradılmasını, körpünün ya təmir olunsaını ya da yenisinin tikilməsinin zəruri olduğunu diqqətə çatdırmaq istəyirlər. Həmişə də İcra başçısı “aktyorluq” edib bizləri aldadır. Beləcə bizləri başından edir. İndi isə ümüumiyyətlə qəbul belə etmir. Bir aydır ki, gedirik qəbuluna, deyirlər Şəmsəddin Xanbabayev burada deyil, Essintükidədir gəlməyib. Beləcə qalmışıq yollarda. Üç ildir prezidentdən cavab gözləyən köhnə xaçmazlılar Kənd ağsaqqallarının bildirdiyinə görə 3 ildir prezidentə də yazırlar ki, körpünün tikintisi üçün də pul ayırsın. Amma hələki bu 3 ildə məktublarmız cavablandırılmayıb. Xaçmazlıların sözlərinə görə, bütün adiyyatlı təşkilatlara yazırlar hamının cavabı belə olur ki, icra başçısına müraciət edin. İcra başçısı isə deyir yuxarlara yazmaq lazımdır. “Mənim pulum yoxdur”. Xaçmaz parklarında heyvan maketləri üçün idarələrdən 1500 manat pul yığılır Xaçmazdakı mənbəmiz bildirir ki, yerli sakinlərə “pulum yoxdur” deyən icra başçısı rayonun bütün torpaqlarını satmaqla məşğuldur. Lazımsız olaraq Xaçmaz şəhərində bir iki park var ki, o parklarda da heyvan maketləri və buddizim büstləri quraşdırılır. Milyonlarla pulu büdcədən oğurlayaraq heyvan maketlərinə sərf edirlər. Mənbəmizin sözlərinə görə, icra başçısı buradakı parkların salınmasını və heyvan maketlərini idarə rəhbərlərinə həvalə edib ki, həmin idarə müdirləri əhalidən rüşvət yığaraq bu parkları düzəltdirirlər. İdarə müdrlərindən biri bizimlə söhbətində bildirib ki, icra başçısı Şəmsəddin Xanbabayevin məcbur etmə kompaniyasından beziblər. “Hər ay icra başçısının göstərişi ilə müavini Akif Mərdənova 1500 manat verməliyəm. Axırıncı dəfə bu pulu verə bilməyən idarə müdrinı məcbur ediblər ki, bankdan götürsün”. İcra başçısına rüşvət verə bilməyən idarə müdiri bankdan faizlə pul götürüb verib Artıq banklara 8 min manat borcu olduğunu deyən idarə müdiri bildirir ki, işdən çıxmaq istəyib və bununla bağlı ərizə də yazıb. Lakin icra başçısı ona bildirb ki, işdən çıxacağı təqdirdə polis rəisinə tapşıracaq, həbs olunsun. Bələliklə hədə qorxu gəlinən idarə müdri bildirir ki, rayonun bir çox idarə müdrləri var və onlar da bu vəziyyətdədir. Bəziləri var ki, idarələri gəlirli sahədir. Həmin idarələrin rəhbərləri üçün pul verməkdə problem yoxdur. Təki icra başçısı onlardan pul istəsin, ya da qulluq desin “baş üstə” edəcəklər. Ardından da vay olur bu xaçmazlıların halına. Mənbəmiz bildirir ki, belə idarə rayonun təhsil şöbəsi, maliyyə idarəsi, torpaq şöbəsi, polis şöbəsidir. Bunlarda xaçmazlıları gözümçıxdıya salıblar, yeri oldu olmadı pul yığma kompaniyası aparırılar. Yeni dərs ilinin başalnmasına görə müəllimlərdən 60 manatdan pul yığılıb Mənbəmiz bildirir ki, rayonun təhsil şöbəsi dərslərin başlanması ilə əlaqədar bütün müəllim heyyətindən 60 manatdan pul yığıblar. Müəllimlər də valideyn komitələrini məktəblərə çağırtdıraraq onalrdan bu pulu yığıb təhsil şöbəsinin mürdinə veriblər. Xaçmazdakı mənbəmiz bildirir ki, rayonun köhnə xaçmaz kəndinin ağsaqqaları icra başçısını yerində tapa bilmədikləri üçün təhsil şöbəsi müdirinin qəbuluna getmək istəyiblər. Onlar sentayabrın 16 da uşaqlarını məktəbə buraxmayacaqlarını diqqətə çatdırmaq istəyiblər. Lakin kənd ağsaqqalları heç içəri girə bilməyiblər. Təhsil şöbəsinin müdri köhnə xaçmazlıların idarənin qarşısında yığışdığını görən kimi polis rəisinə göstəriş verib ki, köhnə xaçmazlılar miting keçirir. Polis “ordusu” dərhal təhsil şöbəsinin qarşısına gələrək kənd ağsaqqalarını ərazidən uzaqlaşdırırblar. İcra başçısı istirahətini yarımçıq dayandırıb? Hazırda kənd sakinləri dərdlərini deməyə ünvan axtarır. Köhnə xaçmazlıların bildirdiyinə görə bu dərs ilində yəni bu gün 16 sentayabrda uşaqlarını məktəbə buraxmayacaqlar. Bunu eşidən icra hakimiyyəti aparatı işçiləri köhnə xaçmazlıların bu etiraz aksiyasının ictimayiləşməsindən qorxaraq məsələni yoluna qoymaq istəyirlər. Bunun üçün icra aparatı işçiləri kənd sakinləri ilə danışıqlar aparırlar. İcra başçısı məsələnin ciddilyini bildikdən sonra “Essintuki səfəri” elə həmin günü başa çatıb və dünən (16 sentayabrda) icra başçısı da kənd ağsaqqalları ilə görüşmək qərarına gəlib. Köhnə xaçmazlılar bildirir ki, icra başçısı məktəbə gedən şagirdlərin məktəbə gedib gəlmələri üçün alternativ yol təşkil etməsə uşaqlarını məktəbə buraxmamaqla öz etirazlarını ictimayiləşdirəcəklər. Yerli sakinlər bildirirlər ki, icra başçısı Şəmsəddin Xanbabayev və təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova yığdıqları rüşvət pullarından xərcləsinlər körpünü düzəltsinlər . Onların bildirdiyinə görə icra başçısı Xaçmaz şəhərinin mərkəzində 3-4 yerdə lazımsız körpü keçidləri tikdirib. Həmin keçidlər isə indi maqazin kimi arendaya verilib. Onların sözlərinə görə başçı bu keçidi tikdirincə köhnə xaçamzı Xaşmaz şəhəri ilə birləşdirən körpünü təmir etdirərdi. Yerli sakinlər bildirir ki, təhsil şöbəsinin korrupsiya əməllərindən təhsil nazirinə teleqramlar vurublar hələ cavabı yoxdur. Onların bildirdiyinə görə yeni təhsil naziri Mikayıl Cabbarov keçmış nazir Misir Mərdənov kimi rüşvətxor məmura oxşamır. Köhnə xaçmazlılar bildirir ki, tezliklə Xaçmaz təhsil şöbəsinin müdiri haqqında ölçü götürəcək. Onun korrupsiya əməlləri barədə cinayət işi də açacaqlar. Xaçmazlılar bu ümüdlə yeni təhsil nazirindən cavab gözləyirlər. Şəmsəddin Xanbabayev mülk və torpaqlarını təhsil müdrinin oğlunun adına rəsmiləşdirir. Onlar bildirir ki, bir kəndin 500 dən çox məktəblisinin məktəbə getməməsinin səbəbkarı olan təhsil idarəsinin müdiri bu vəzifədə qala bilməz. Yerli sakinlər bildirir ki, bu vəzifədə qalaraq ”harınlamış” Xaçmaz TŞ müdri icra başçısına arxayın olaraq bu əməlləri törədir. Yerli mənbəmiz bildirir ki, Şəmsəddin Xanbabyev Xaçmaz şəhərinin mərkəzində hektarlarla torpaq sahəsini və Nabranda 2 istirahət mərkəzini vəzifəsindən sui-istifadə edərək qeyri qanuni olaraq özünküləşdirib və təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədovanın oğlunun adına rəsmiləşdirib. Mənbəmizin bildirdiyinə görə Ş.Xanbabayevin Xaçmazdakı əmlakı və torpaq sahələri hamsı təhsil şöbəsinin müdirinin oğlunun adına rəsmiləşib. Bundan əlavə mənbəmiz təhsil şöbəsinin müdiri və oğlu haqqında maraqlı məlumata da toxundu. “Beləki bu yaxınlarda şəhərin mərkəzində bir parkı icra başçısı dagıtdırdı və həmin yeri hasara aldırıdı. Sonradan məlum oldu ki bu yeri də təhsil şöbəsinin müdrinin oğlunun adına rəsmiləşdirərək “özününküləşdirib”. Mənbəmiz bildirir ki, rayon təhsil şöbəsinin müdirinin oğlu bu bu parkı qanunsuz yolla əldə edib. Torpaq Məcəlləsində xüsusi maddə var ki, ümumi istifadədə olan torpaq sahələri fərdi qaydada fiziki şəxslərə satıla bilməz. Ancaq Şəmsəddin Xanbabayev bu torpağı əldə edərək, təhsil müdrinin oğlunun adına sənədləşdirib. Xaçmaz Bələdiyyə üzvü icra başçısını məhkəməyə veirir Mənbəmiz bildirir ki, hazırda Xaçmaz bələdiyyəsinin üzvü Turab Ələkbərov rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədovanın oğlunu və icra başçısını məhkəməyə verməyə hazırlaşır. Rayonun Heydər Əliyev prospektindəki 3 saylı tam orta məktəbin qarşısındakı kiçik parkda başlayan tikinti işləri həm Xaçmaz sakini, həm də bir bələdiyyə üzvü kimi onu narahat edib. Turab Ələkbərov şagirdlərin və valideynlərin istifadə etdikləri bu kiçik park sahəsinin vaxtilə bələdiyyənin balansında olduğunu deyir. Bələdiyyə üzvünün sözlərinə görə, bir də xəbər tutublar ki, park hasarlanıb. Mənbə bildirir ki, Məktəb 50 ilə yaxındır fəaliyyət göstərir. Qarşısındakı bu kiçik park həm məktəblilərin, həm də ümumi istifadə torpaq sahələrinə aiddir. Kiçik bir park da olsa əhalinin istifadəsində idi. Təhsil şöbəsinin müdiri məktəblərin həyətlərini saxta sənədlə satır. Mədinə Nurməmmədova özü vaxtilə həmin orta məktəbin direktoru idi. Təqribən 4-5 il əvvəl bu kiçik parkın ərazisini başqası almaq istəyəndə Mədinə xanım etiraz etdi ki, ordan şagirdlər, valideynlər istifadə edir, satıla bilməz. Ancaq bu yaxınlarda ortaya sənəd çıxdı ki, sən demə, parkın ərazisini oğlunun adına sənədləşdirib. Verilən bilgilərə görə ərazini indi alsa da sənədləşmənin tarixini saxtalaşdıraraq, 2005-ci ilə qeyd etdirib”. Torpaq sahəsində tikinti aparılmasına və satılmasına dair sərəncamı Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev verib. İcra başçısı Şəmsəddin Xanbabayev yəni torpaq özünün, rayon onun istədiyi sərəncamı verə bilər. Əmlakını və torpaqlarını bir ada keçirmək üçün də etibarlı adamı da var. Xaçmaz rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova və onun oğlu. Geri qayıt |