Əsas Səhifə > Sosial, Manşet > ARİF QARAŞOVU KÖHNƏ ƏMƏLLƏRİNƏ GÖRƏ DİNDİRİBLƏR
ARİF QARAŞOVU KÖHNƏ ƏMƏLLƏRİNƏ GÖRƏ DİNDİRİBLƏR17-09-2013, 15:00 |
KEÇMİŞ XİDMƏT RƏİSİ KÖHNƏ FƏALİYYƏTİNİN CAVABINI VERMƏLİDİR DİA.AZ: - «Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşov keçən həftə hüquq-mühafizə orqanları tərəfindən dindirilib». Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki qaynaqlar ötürüb. Mənbə iddia edir ki, Arif Qaraşov bir sıra korrupsiya faktlarına görə dindirilib və konkret faktlar əsasında ifadəsi tərtib olunub. Mənbənin söylədikləri: «Əslində, həmin işlə əlaqədar hazırki Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bir sıra yüksək ranqlı işçiləri də istintaqa çəkilib. Lakin köhnə faktların əksəriyyəti məhz Arif Qaraşovun dövrünə aid olduğundan bu məsələ ilə əlaqədar olaraq keçmiş xidmət rəisi də dindirilib». Mənbənin sözlərinə görə, Arif Qaraşov iki il əvvəl də eyni məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına izahat verməli olub, amma görünür ki, bu «izahat» yetərli olmadığından Arif Qaraşovu seçkilər ərəfəsində yenidən yada salıblar. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |