Əsas Səhifə > Güney Press, Üçüncü sektor > YAQUB MAHMUDOVA QARŞI İTTİHAM
YAQUB MAHMUDOVA QARŞI İTTİHAM17-09-2013, 15:43 |
Tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, A.Bakıxanov adına Tarix İnsitutunun direktoru, millət vəkili Yaqub Mahmudov haqqında 30gun.az-a ilginc məlumatlar daxil olub. Uzun illər Yaqub Mahmudovla Bakı Dövlət Universitetində çalışmış şəxs, onun elmi əsərləri haqqında, namizədlik və ən əsası doktorluq işlərinin necə və kim tərəfindən yazılması haqqında inanılmaz iddialarda bulunur. Məlum olur ki, orta əsrlər Azərbaycan tarixi haqda çoxsaylı elmi əsərlər və kitabların müəllifi kimi tanıdığımız Yaqub Mahmudov əslində bu elmi işləri başqasına yazdırıb. Tutarlı sübut kimi, həmkarı professorun Azərbaycan dilindən başqa heç bir xarici dil bilmədiyini, bundan başqa həmin elmi əsərlərin yazılması dövründə heç xarici arxivlərdə çalışmamasıni əsas gətirir. Orta əsrlərin klassik Azərbaycan dövlətləri hesab edilən Ağqoyunlu və Səfəvilər dövlətininin görkəmli tədqiqatçısı kimi qəbul edilən Yaqub Mahmudov öz əsərlərini başqasına yazdırırmış. Keçmiş həmkarı bu alimin adını da açıqlayır... Olduqca iddialı və sensasiyaya səbəb ola biləcək bu açıqlamada adı keçən şəxslərin fikirlərini öyrəndikdən sonra bu haqda geniş məlumat verəcəyik. P.S. Oxşar iddiaları bir neçə il bundan əvvəl tarix elmləri doktoru Qafqaz Albaniyası üzrə görkəmli mütəxəssis Fəridə Məmmədova da səsləndirmişdi. O da Yaqub Mahmudovun ən azı fars və ərəb dillərini bilmədən bu əsərləri necə yaza bilməsinə heyrət etdiyini bildirirdi. Geri qayıt |