Əsas Səhifə > Cəmiyyət > PREZİDENT ADMİNİSTRASİYASI QARŞISINDA AKSİYA TƏDARÜKÜ
PREZİDENT ADMİNİSTRASİYASI QARŞISINDA AKSİYA TƏDARÜKÜ17-09-2013, 16:11 |
Bakı şəhəri, Sabunçurayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küç. ev26/1 ünvanda yaşayan Camalov Həsən Sərkər oğlu yenidən mətbuat vasitəsiylə ölkə başçısına müraciət edib. “Salam cənab Prezident”, - deyə başlanan şikayət məktubunda Camalov yazır ki, 13 övlad atasıdır və himayəsində 20 nfərlik bir ailə var. Şikayət məktubunun bir nüsxəsinin də FaktXəbər-ə göndərən Həsən Camalov yazır ki, Sabunçu rayonunun icra başçısı Adil Vəliyev onun evinə göz dikib, hər vasitə ilə evini dəyər-dəyməzinə əlindən almaq istəyir: “7-8 aydan bəri günümüzü göy əskiyə büküb. Evimizi daimi təhlükə mənbəyinə çevirərək, yaşanmaz hala salıb. Evimizdən cəmi 3 metr aralı, icra başçısı Adil Vəliyev, təqdim etdiyim rəsimlərdən də göründüyü kimi, qanunu pozaraq 11 mərtəbəli bir bina inşa etdirir. Tikinti ilə bağlı rəsmi sorğu verdiyimdə “tikintini biz deyil “Bərgüşad—Ş” MMC şirkəti həyata keçirir”, - deyirlər. Əgər bu binanı başçı Adil Vəliyev tikdirmirsə, bina ona deyil, hansısa qondarma “Bərgüşad-Ş” MMC- yə məxsusdur, onda niyə başçının sağ əli və müavini Şakir Alıyev sıx-sıx mənimlə görüşərək bazarlıq edir, razılaşmadığımı görüncə isə, məhkəməyə verib sökdürməklə hədələyir? Ona bu səlahiyyəti kim verib və nə marağı var?” Qondarma deməyimin səbəbi isə,“Bərgüşad-Ş”MMC-yə ünvanlanmış, nədənsə mənim ünvanıma gəlmiş cənab Hacıbala Abutalıbovun şəxsi imzası olan məktubdur. BŞİH-də bu şirkətin hüquqi ünvanı belə yoxdur ki, məktubu onun ünvanına göndərsinlər. Əllərində heç hüquqi ünvanı belə olmayan bir şirkətə belə layihələri kim və necə həvalə edir? Ən son çağırıldığımda Şakir Alıyevə qanunu xatırladaraq dedim: “Adil Vəliyevə çatdırın! Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozub. Şəhərsalma və tikinti qanunvericiliyinin 3.0.33 maddəsində göstərilir “yaxın qonşular– tikinti ərazisi ilə həmsərhəd olan və ya tikinti ərazisindən ən az 20 metrədək məsafədə tikinti işləri apara bilər”Bu Vətən- daşın haq və hüquqlarının, təhlükəsizliyinin pozulması deməkdir, cinayətdir. Yuxarı dan tökülən mismarlı iri taxta, beton parçaları başımıza tökülür. Həyatlarından ötrü qorxduğum üçün azyaşlı uşaqlarımızı həyətə buraxmırıq, balacadırlar, hansının dalınca baxaq, bu uşaqdır, ölümün nə olduğunu anlamır ki ölümdən qorxsun. Gözdən yayınarlar, başlarına bir şey düşər deyə evdən didərgin salmışam, bir gün baba,bir gün xala gilə gedirlər. Mən çox narahatam, amma siz heç narahat deyilsiniz. Siz bu rayonda Prezidentimiz cənab İlham Əliyevi təmsil edirsiniz, Onun bu rayonda görən gözü, eşidən qulağısınız. Sizin bizə qarşı etdiyiniz haqsızlıq və qanunsuzluğu O bizə edərdimi?” sualıma cavab verə bimədi, sadəcə susdu... Nə desin? Edərdi desin? Onu deyə bilməz axı. Cənab Prezident! Bildiyim və eşitdiyim qədərilə siz icra başçılarını bu vəzifələrə təyin edərkən onlara bu səlahiyyətləri verməmisiniz. Tam əksinə, hər zaman, hər nitqinizdə icra başçılarının ən ümdə vəzifələrinin xalqa xidmət etmək olduğunu söyləmisiniz, xalqa xor baxmaq, xalqı incitmək olmaz demisiniz . Necə ki, ötən günlərdə İsmayıllı rayonunda da çıxış edərkən icra başçılarına bu məsuliyyətlərini bir daha xatırlatdınız. Çox yəqin ki, Adil Vəliyev 12 fevral müşavirəsində dediklərinizi eşitmədiyi kimi, İsmayıllıda dediklərinizi də eşitməyib və ya eşitməzdən gəlir. Mən bu hala, bu yaranmış vəziyyətə başqa bir ad verə bilmirəm. Mən Vətənini, dövlətini, prezidentini sevən bir vətəndaşam! Mənə qarşı olunan bu haqsızlığa, qanunsuzluğa artıq dözə bilmirəm, səbrim tükənib. Bu günə qədər dövlət rəsmilərinə 61 şikayət məktubu ünvanlamışam. Lakin heç bir nəticə hasil olmayıb. Sanki, bu şikayət məktubları bu dövlət rəsmilərinə heç getməyib. Sanki, məktubları ümumiyyətlə oxumayaraq “ağılsız vətəndaşdır da, yazıb yazıb usanacaq”, - deyərək atıblar bir kənara. Cənab Prezident! Mən sizdən bu qanunsuzluğa tezliklə son qoyacağınızı, icra başçısı Adil Vəliyevin bizə qarşı etdiyi haqsızlıq və qanunsuzluğun qarşısını tezliklə alacağınızı umuram və gözləyirəm. İnanın ki, daha cana doymuşuq, başqa çıxış yolu da görmürük. Ailəmlə bərabər Administrasiyanızın binası qarşısına gələrək sizə səslənmək qərarına gəlmişik. İcazə verilməsə, ailəlikcə aclıq aksiyasına başlayacağıq. Bəlkə bu addımı atsaq, şikayətimizi sizə ərz edərlər, halımızdan xəbər tutar və dadımıza yetişərsiniz. Necə edək? Sizinlə görüşməyin, sizə yaxınlaşmağın bir yolunu tapa bilmirik. Biz bu ölkənin vətəndaşlarıyıq və sizinlə görüşüb dərdimizi demək haqqımız var.” Geri qayıt |