Əsas Səhifə > Dünya > AZƏRBAYCANA MDB HƏDƏSİ

AZƏRBAYCANA MDB HƏDƏSİ


16-01-2012, 13:06
AZƏRBAYCANA MDB HƏDƏSİ

RUSLARLA ERMƏNİLƏR BURNUMUZUN UCUNDA HƏRBİ TƏLİMLƏR KEÇİR

2012-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Ölkələri Təşkilatına (KTMT) daxil ölkələrin yaratdığı çevik qüvvələrin iştirakı ilə Ermənistanda xüsusi hərbi hissələrin genişmiqyaslı döyüş təlimlərinin keçirilməsi planlaşdırılır. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, bununla bağlı hazırlıq işlərini müzakirə etmək üçün KTMT-ın baş katibi Nikolay Bordyuja İrəvana səfər edib. Burada Ermənistanın milli təhlükəsizlik naziri Artur Baqdasaryanla görüşən Bordyuja təlimlərin keçirilməsi planına dair danışıqlar aparıb.

Tərəflər həmçinin tədbirin proqramını, qrafikini və bura daxil edləcək digər layihələri müzakirə ediblər. Bura informasiya təhlükəsizliyini təmin edən əməkdaşlıq və qeyri-qanuni miqrasiya daxildir.

Birgə hərbi təlimlərlə bağlı əldə edilmiş razılaşmanı təsdiq etmək üçün fevral ayında İrəvana KTMT-nin baş katibinin rəhbərliyi ilə nümayəndə heyəti səfər edəcək.

Qeyd edək ki, Kollektiv Təhlkəsizlik Müqaviləsi Təşkilatına Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistan daxildir. 2009-cu iyunun 14-də Moskvada çevik qüvvələrin yaradılması ilə bağlı sazişə yalnız beş ölkə qoşulub, Belarus və Özbəkistan isə sənədi imzalamayıb.

Bu hərbi təlimlərin Cənubi Qafqaz üçün həssas bir dönəmdə keçirilməsi Rusiyanın “əsəb yoxlanışı”nın bir amili kimi vurğulamaq olar. Son zamanlar Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı tutduğu sərt mövqe və bunun fonunda regionda baş verən iri siyasi proseslər Moskvanı “əl tərpətməyə” vadar edib. Odur ki, Azərbaycanın “burnunun ucunda” və müharibə şəraitində olduğu Ermənistan ərazisində keçirləcək bu təlimlərin əsas mesajının bir tərəfinin rəsmi Bakıya təzyiq kimi edildiyi açıq nəzərə çarpır.


Geri qayıt