Əsas Səhifə > Sosial, Manşet > NARAZI BAŞ REDAKTOR HAQQINI TƏLƏB EDİR

NARAZI BAŞ REDAKTOR HAQQINI TƏLƏB EDİR


18-09-2013, 11:12
NARAZI BAŞ REDAKTOR HAQQINI TƏLƏB EDİR
“RAMİL USUBOVA MÜRACİƏT ETDİM, SAĞ OLSUN, DİQQƏT GÖSTƏRDİ, AMMA”...

DİA.AZ: - Bir neçə gün əvvəl Daxili İşlər Naziri general- polkovnik Ramil Usubov cənablarına “Tərəf qəzeti” İnaformasiya Agentliyinin baş redaktoru, 2- ci qrup Qarabağ əlili İsmayılıov Nurəddin (Xoca) Abbas oğlu tərəfindən müraciət ünvanlanmışdı. Müraciətdə deyilirdi:

“Mənə məxsus olan Bakı şəhəri Səbayel rayonu Əlibəyov qar. 38 mən 12 də yerləşən mənzili, 2008 – ci ildən başlamış uzun sürən məhkəmə çəkişmələrindən sonra nəhayət ki, 2013- cü ildə bu mənzili qeyri qanuni zəbt etmiş Vəliyev Şahin Səməd oğlundan geri aldım. Göründüyü kimi ədalət qələbə çaldı. Deməli mən öz evimə köçə bilərəm. Lakin bu ancaq kağız üstündə belədir.

Belə ki, 2013- il 8 sentyabrda mən üstaları götürüb evi təmir etdirmək istəyəndə gördüm ki, arxa qapı sındırılıb və evə girilib. Usta işə başlamaq istəyəndə, qonşuluqda olan Vəliyev Şahin ustanın üstünə hücum çəkdi, ona xəsarət yetirib, evdə blokda, kücənin ortasında ona küçə söyüşləri yağdırdı. Onu təhqir etdi və küçəyə şıxandan sonrada küçənin ortasında söyüşlər söydü. Mən işə qarışanda mənimlə də təhqirlə danışıb və dövlət tərəfindən mənə verilən “ OKA” maşınına xəsarət yetirdi. Bütün bunları Vəliyev Şahin şahidlərin gözü qarşısında edirdi.

Bütün bunlar sənədləşdirilib və Səbayel rayonu 8 saylı polis bölməsinə müraciət edilib! İş icraata götürülüb.

Hörmətli cənab nazir sizdən bir Qarabağ əlili, bir baş redaktor kimi xaiş edirəm ki, bu işi şəxsi nəzarətinizə götürəsiniz və mənim öz qanuni evimdən istifadə etməyimə maneçilik törədənlərin cəzalandırılmaqlarına göstəriş verəsəiniz. Vəliyev Şahinin bu əməlləri layiqi qiymətini alsın və cəzalandırılsın. Qanunun aliliyi təmin edilsin. Mən də artıq bu evdən istifadə edə bilim”.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, baş redaktorun problemi hələ də həllini tapmayıb. Nurəddin Xoca özü bu barədə portalımıza aşağıdakıları söylədi:

“5 ildir davam edən mənim zəbt edilmiş mülkümün geri alınandan sonra bu mülkün başına gələnlər heç bir dövlət orqanının vecinə deyil.

Məhkəmə qaydasında geri aldığım mülkümün qarşısında icra hakimiyyətinin qanuni sərəncamına əsasən aynəbənd tikdirmişəm. Qonşuda olan, mənim evimi zəbt etmiş qoluzorlu (ona görə qoluzorlu deyirəm ki, ona hətta polisin belə gücü catmır) gəlib tikilmiş aynəbəndin divarını uçurdur. Bəli uçurdur və deyir ki, “ Nə polis, əəə, özüm bilərəm!” Özü də bu artıq ikinci dəfədir. Bvütün bunlar polisin gözü qarşısında baş verir.

Baxmayaraq ki, mən Daxili İşlər Naziri cənab Ramil Ususbova müraciət etmişəm, ( sağ olsun, o günü də reaksiya verilib və nazirlikdən bu işlə maraqlanıblar! Buna görə cənab nazirə təşəkkürümü bildirirəm!) hələ də bir ölçü götürülməyib. Bu cinayətkar haqqında artıq xuliqanlıq maddəsi ilə cinayət işi Səbail polis idarəsinə göndərilib. Lakin hələdə heç bir xəbər çıxmayıb. İndi baxın Vəliyev Şahin haqqında cinayət işi ola ola o yenə də özünün qanunsuz əməllərini davam etdirir və əlini qolunu sallayaraq gəzir. Bu Azərbaycanda hüququn adı vətəndaşa tətbiqidir”.

Geri qayıt