Əsas Səhifə > Şou-biznes > ULDUZLARIN HANSI FOBİYALARI VAR?

ULDUZLARIN HANSI FOBİYALARI VAR?


16-01-2012, 13:12
ULDUZLARIN HANSI FOBİYALARI VAR?

"ƏN ÇOX YÜKSƏKLİKDƏN VƏ QARANLIQDAN QORXURAM”

Məlumata görə, onlar bu haqda yerli telekanallardan birinə açıqlamalarında danışıblar.

Müğənni Xatun: "Ən çox yüksəklikdən və qaranlıqdan qorxuram. Ona görə gecə yatarkən ya işığı yanılı qoyur, ya da şam yandırıram".

Mehriban Xanlarova: "Hündürlükdən qorxuram. Ona görə də göydələndə yaşayan yaxınlarıma çox nadir hallarda baş çəkirəm. Yüksəklikdən aşağı baxanda elə bilirəm ki, bu dəqiqə özümü oradan atacağam. Liftdə qalmaqdan, pişikdən və itdən də qorxuram".

Maestro Ceyhun: "Məni yalnız yaxın adamımın xəyanəti qorxudur. Nankor insanlar isə məni əsəbləşdirirlər".

Mətanət İskəndərli: "Qəbristanlıqdan, qaranlıqdan və yol qəzasından qorxuram. Bir dəfə qəzaya düşmüşəm və hələ də qorxu canımdan çıxmayıb. Maşının yüksək sürətlə idarə olunması xoşuma gəlmir".


Geri qayıt