Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GÖMRÜK POLKOVNİKİNƏ 500 MİN MANAT "ATIBLAR"

GÖMRÜK POLKOVNİKİNƏ 500 MİN MANAT "ATIBLAR"


18-09-2013, 11:36
GÖMRÜK POLKOVNİKİNƏ 500 MİN MANAT "ATIBLAR"
BƏS ONDA BU PULLAR HARDAN İDİ?

Bir müddət öncə gömrük sistemində maraqlı olay yaşanıb. Belə ki, Xaçmaz Gömrük İdarəsinin Samur Keçid məntəqəsinin rəisi,polkovnik Hüseyn Məsumov nə az,nə çox 500 min manat ziyana düşüb.
"Unikal"a daxil olan məlumata görə məntəqə rəisi o zamanlarda Təranə Hüseynova adlı bir xanımla dost münasibətdə olub və aralarında yaranan səmimi münasibətə görə məntəqə rəisi hətta xanıma "Porşe" markalı ağ rəngli maşında hədiyyə edib. Münasibətlərinin günbə-gün səmimiləşdiyi bir zamanda aydın olur ki, Xaçmaz Gömrük İdarəsinin Samur Keçid məntəqəsinin rəisi Hüseyn Məsumov daha ciddi vəzifəyə getmək üçün yollar arayır. Həmin vaxtlar həm də Təranə Hüseynova kifayət qədər genişəhatəli şəxs kimi tanınır və polkovnikə təklif edir ki, bu əlaqələrindən istifadə edərək,ona istədiyi vəzifəni təşkil edə bilər. Polkovnik isə anındaca bu təklifi qəbul edir və Təranə Hüseynovaya 500 min manat pul verir. Amma xeyli vaxt keçsədə nə pul geri qayıdır, nədə polkovnik arzuladığı vəzifəyə sahib ola bilmir. Məhz bundan sonra Xaçmaz Gömrük İdarəsinin Samur Keçid məntəqəsinin rəisi Hüseyn Məsumov, Təranə Hüseynovadan şikayətçi olub. Hazırda Ağır Cinayətlər Məhkəməsində Təranə Hüseynova elə ağır durumda da saxlanılır. Dələduzluq maddəsi ilə ittiham edilən Təranə Hüseynovanın nələr danışdığını bilməsəkdə, məsələyəXaçmaz Gömrük İdarəsinin Samur Keçid məntəqəsinin rəisi Hüseyn Məsumovun münasibətini öyrənə bildik. Polkovnik "Unikal"a verdiyi açıqlamada bildirib ki, həqiqətən də Təranə Hüseynovanı tanıyır və hazırda o pul məsələsinə görə həbsdədir:-"Mən həmin işdə şahid qismində iştirak edirəm". "Bəs məlum 500 min manat kimə məxsusdur?"-sualımıza isə polkovnikin cavabı əsəbi oldu:-"Sizə nə dəxli o pullar kimə məxsusdur". "Unikal" olaraq nəzərinizə çatdıraq ki, məsələ ilə bağlı araşdırmamız davam edir və yaxın saylarımızda Xaçmaz Gömrük İdarəsinin Samur Keçid məntəqəsinin rəisi Hüseyn Məsumovun iştirakçısı olduğu bu prosesin daha maraqlı detallarını nəzərinizə çatdıracağıq.

Geri qayıt