Əsas Səhifə > Partiya > AXCP-DƏN PƏRVİZ HƏŞİMLİ İLƏ BAĞLI EHTİYATLI AÇIQLAMA

AXCP-DƏN PƏRVİZ HƏŞİMLİ İLƏ BAĞLI EHTİYATLI AÇIQLAMA


18-09-2013, 12:05
AXCP-DƏN PƏRVİZ HƏŞİMLİ İLƏ BAĞLI EHTİYATLI AÇIQLAMA
Moderator.az saytının direktoru və hüquq müdafiəçisi Pərviz Həşimlinin həbs olunmasına müxalifət düşərgəsindən də reaksiya gəlib. Belə ki, Pərviz Həşimli həm də AXCP Ali Məclisinin üzvüdür.

Məsələyə münasibət bildirən AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə Avropa.info-ya açıqlamasında baş vermiş olayı izlədiklərini və nəticəyə uyğun mövqe bildirəcəklərini dedi: "İşin mahiyyətini hələ bilmirik. Onun hansı ittihamlarla həbs olunduğunu bilmirik. Ona görə biz bunu diqqətdə saxlayacağıq. Barəsində istintaq getdiyi üçün hər hansı bir fikir söyləyə bilmərəm. AXCP-nin üzvü olmasına baxmayaraq, əgər onun günahı varsa, vətəndaş kimi cəzasını ala bilər. Əgər günahı yoxdursa, biz onu müdafiə edəcəyik".

Həsən Kərimovun sözlərinə görə, P.Həşimlinin həbsi məsələsi hələ partiyada müzakirə olunmayıb.

Geri qayıt