Əsas Səhifə > Dünya > TACİKİSTAN RUSLARA PEŞKƏŞ EDİLİR

TACİKİSTAN RUSLARA PEŞKƏŞ EDİLİR


18-09-2013, 12:24
TACİKİSTAN RUSLARA PEŞKƏŞ EDİLİR
“Media forum” saytı bildirir ki, Tacikistan prezidenti İmaməli Rəhman Rusiya hərbi bazası ilə bağlı sazişi ratifikasiya üçün parlamentin aşağı palatasına təqdim edib.

Rusiya və Tacikistan prezidentləri Rusiya hərbi bazasının statusu haqda sazişi 2012-ci ilin oktyabrında imzalayıblar. Sənədə əsasən, Rusiya bazasının Tacikistan ərazisində qalması müddəti birinci müqavilənin (25 may 1993-cü il) qüvvəyə mindiyi vaxtdan 49 il, yəni 2042-ci ilə qədər uzadılır. Bu müddət başa çatdıqdan sonra sazişin vaxtı uzadıla bilər.

Tacikistanda yerləşən 201-ci Rusiya hərbi bazasında 6 min rus əsgər-zabiti xidmət edir.

Geri qayıt