Əsas Səhifə > Dünya > AVROPADAN RUSİYAYA ZƏRBƏ
AVROPADAN RUSİYAYA ZƏRBƏ28-09-2011, 11:38 |
“QAZPROM”A QARŞI İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB Avropa Komissiyası bir sıra qaz tədarükçülərini, o cümlədən Rusiyanın “Qazprom” şirkətini antiinhisar qanunvericiliyi pozmaqda ittiham edib. “APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, artıq “Qazprom”un Berlin ofisində (“Gazprom Germania”) axtarış aparılıb. Avropa Komissiyası həmçinin “Qazprom”dan qaz alan avropalı tərəfdaşlarının, o cümlədən Polşanın “PGNiG”, Almaniyanın “E.On Ruhrgas” şirkətlərinin və RWE (Almaniya) şirkətinin Çexiyadakı ofisində yoxlama aparıb. Buna səbəb kimi bəzi şirkətlərin “Avropa İttifaqının antiinhisar qaydalarını pozmaqla antirəqabət fəaliyyətinə cəlb oluna və ya bu barədə informasiyaya malik ola bilməsi”nə dair Avropa Komissiyasının şübhələri göstərilir. Avropa Komissiyasının nümayəndələri bildiriblər ki, araşdırma Mərkəzi və Şərqi Avropaya təbii qazın nəqli ilə əlaqədardır. Bu səbəbdən təbii qazın təchizatı, nəqli və saxlanmasına cəlb olunmuş şirkətlər barəsində yoxlama aparılır. Komissiya bir sıra şirkətləri “qeyri-sağlam fəaliyyətdə, o cümlədən bazarın təsnifatı, qaz şəbəkələrinə çıxışa və nəql marşrutlarının diversifikasiyasına mane olmaqda, eləcə də qiymətlərin qaldırılmasında” şübhəli bilir. Bundan başqa, antiinhisar qanunvericiliyinin pozulub-pozulmaması da araşdırılır. Geri qayıt |