Əsas Səhifə > Cəmiyyət, Manşet > VAQİF ABDULLAYEV SAHİBKARLARI HANSI ADLA HƏDƏLƏYİR?

VAQİF ABDULLAYEV SAHİBKARLARI HANSI ADLA HƏDƏLƏYİR?


18-09-2013, 16:01
VAQİF ABDULLAYEV SAHİBKARLARI HANSI ADLA HƏDƏLƏYİR?
ONDAN ŞİKAYƏT EDİRLƏR

DİA.AZ: - Özünü sahibkarların qənimi kimi tanıdan və hətta bir müddət əvvəl Qarabağ əlili olan sahibkarlardan biri ilə yumruq davasına belə çıxdığı iddia olunan Beyləqanın icra başçısı Vaqif Abdullayev yenə də rayondakı iş adamlarını hədəfə alıb. Bu barədə məlumatı DİA.AZ-a sakinlər verib.

Xatırladaq ki, bu ilin 12 fevral tarixində prezident İlham Əliyev icra başçılarının əksəriyyətinin iştirak etdiyi müşavirədə net şəkildə rayon rəhbərlərinə xəbərdarlıq edərək bildirmişdi ki, heç bir rayon başçısı hansısa iş adamını quruculuq-abadlıq işlərinə məcburi şəkildə cəlb edə bilməz, bu, könüllülük əsasında olmalıdır və belə hallara yol verənlər cəzalandırılacaq. Bundan sonra, İlham Əliyevin məmurların ünvanına daha bir xəbərdarlığı gəldi. Bu günlərdə prezident məmurların harınlamasından danışaraq bu cür adamlara qarşı sərt tədbirlərin görüləcəyini bəyan etdi.

Amma deyəsən, Vaqif Abdullayev üçün bu cür xəbərdarlıqlar heç bir əhəmiyyət daşımır. Bu barədə danışan rayon sakinləri DİA.AZ-a açıqlamalarında qeyd edirlər ki, Vaqif Abdullayev onları sıxmaqla məşğuldur: «Bizdən hər cür bəhanə ilə pul yığır. İndi də seçkiləri bəhanə gətirir. Deyirik ki, bu könüllülük əsasında olmalıdır. Vecinə almır. Hətta ondan mətbuata şikayət edəcəyimizi bildirəndə də qulaqardına vurur və deyir ki, o, «mətbuatın kralı» ilə dostdur».

Sakinlər bildirir ki, icra başçısı onları Mətbuat Şurası ilə hədələyir və açıq şəkildə bildirir ki, hər ay lazımi yerlərə xərcini ödəyir, kimsə cürət edib, ondan yaza bilməz. Sakinlər yazır: «Hörmətli redaksiya. Biz adımızın anonimliyini qorumaq məcburiyyətindəyik. Çünki qələm onun əlindədir və hər an barəmizdə hökm verə bilər. İndi isə seçki ərəfəsidir. Hamını şərləyib tutmağa imkanı var.

İcra başçısının adamları bunu bizə açıq şəkildə bildirirlər ki, əgər kimsə haqqını tələb etsə, o zama nonu «müxalifətçi» kimi şərləyib, tutacaqlar. Halbuki biz cənab prezidentimizi və onun siyasətini dəstəkləyirik».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt