Əsas Səhifə > Şou-biznes > ZAMİQ ÖZÜNÜ TARKAN HESAV EDİR...

ZAMİQ ÖZÜNÜ TARKAN HESAV EDİR...


19-09-2013, 09:19
ZAMİQ ÖZÜNÜ TARKAN HESAV EDİR...
Ötən gün müğənni Zamiq Hüseynovun Yaşıl Teatrda planlaşdırdığı konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, müğənni gecədə sevilən mahnılarını rəqqasə qızların əhatəsində səsləndirib. Konserti "Bu şəhəri çox sevirəm" adlı mahnısı ilə açan Zamiq Tarkan stilində geyimləri və səhnə şousu ilə diqqət çəkib.

Gecədə sürprizlərlə dolu anlar yaşanıb. Belə ki, şoumen Murad Dadaşov ad günü münasibətilə müğənniyə böyük tort bağışlayıb. Dicey Çina isə rəqqasə qızların maraqlı şousu ilə həm Zamiqə, həm də tamaşaçılara sürpriz edib.
Zamiq yeni klipini və albomunu da konsertində təqdim edib. Müğənni uzun müddətdir üzərində çalışdığı karaoke SD də tamaşaçıların ixtiyarına bu gecədə verib. Konsertin ən maraqlı anlarından biri aparıcı Rüfət Ağayevin Zamiqin mahnısını karaoke oxuması olub.

Gecədə bir çox hədiyyələr alan sənətçi onu dinləməyə gələn tanınmışlara da təşəkkür edib.

Sevda Yahyayevanın tez getməsinə isə Zamiqin reaksiyası belə olub: "Mən onun konsertlərində sona kimi otururam, tez getdi".

Zamiqi dinləməyə gələnlər arasında xalq artisti İlhamə Quliyeva, müğənni Röya, Eldar Qasımov, Günay İbrahimli, aparıcı Nərgiz Cəlilova, şoumen Murad Dadaşov və başqaları olub.

Sənətçi söz verdiyi kimi səhnəni Röya ilə bölüşüb. Onlar“Sevəcəyəm” mahnısını duet formasında səsləndiriblər.


ZAMİQ ÖZÜNÜ TARKAN HESAV EDİR...
ZAMİQ ÖZÜNÜ TARKAN HESAV EDİR...

Geri qayıt