Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOVUN BAŞI CƏNCƏLDƏN AÇILMIR

MİSİR MƏRDANOVUN BAŞI CƏNCƏLDƏN AÇILMIR


19-09-2013, 10:19
MİSİR MƏRDANOVUN BAŞI CƏNCƏLDƏN AÇILMIR
DİA.AZ: - «Keçmiş təhsil naziri Misir Mərdanovun durumu gərgindir». Bu şok açıqlamanı DİA.AZ-a ötürən Nazirlər Kabinetindəki qaynaq iddia edir ki, Misir Mərdanov nazir postundan alındıqdan sonra institut direktoru təyin edilsə də, bu, heç də onun qurtuluşu anlamına gəlmir.

Mənbənin söylədikləri: «Misir Mərdanov çox ciddi səhv buraxıb. Halbuki zaman-zaman ona «yuxarılar» tərəfindən dəstək verilib, hətta 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı Əli İnsanov, Fərhad Əliyev və digərləri ilə yanaşı Misir Mərdanovun da hakim elitadan qovulması gözlənilirdi.

Amma bu baş vermədi. Misir Mərdanova sahib çıxdılar. Və o da dünənə qədər «ağsaqqalım» deyərək əlini öpdüyü Əli İnsanova qarşı 37-ci illərin tərzinə uyğun bir kampaniya təşkil etdi».

İndi isə anoloji formada Misir Mərdanovun hədəfə çevrilmə ehtimalından danışan mənbə iddia edir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin «zəhməti sayəsində» nazir postundan alınan Misir Mərdanov bu gün istintaq altındadır: «Onun adıbir neçə korrupsiya faktına görə istintaq araşdırmalarında keçdiyindən, Misir Mərdanov da istintaqa cəlb edilib. Amma bunlara nədən ola hadisə var.

Zamanında Elşad Abdullayev Misir Mərdanovu gizli şəkildə videoya çəkib ki, həmin gizli çəkiliş də sabiq nazirin üzərindən xəttin çəkilməsinə gətirib çıxarıb».

Mənbəmiz iddia edir ki, Elşad Abdullayev keçmiş naziri hakimiyyətin əleyhinə danışdıraraq lentəə alıb: «Sonradan bu videoçəkiliş «yuxarılara» ötürülüb. Elşad Abdullayevin özü isə bu gizli əməliyyatdan şantaj yolu ilə 15 milyon manat qazanıb. Lakin Elşad Abdullayev pulu aldıqdan sonra Misir Mərdanovdan əl çəksə də, «yuxarılar» əl çəkməyib. O, nazir postundan alındı və bu gün barəsində ittihamlar olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi belə gözləniləndir».

Mənbəmiz iddia edir ki, belə bir qərar prezident seçkilərindən sonraya təsadüf edə bilər: «İndiki gərginlikdə Misir Mərdanovun həbsi gözlənilən deyil. Amma ona Azərbaycandan çıxmaması barədə rəsmi qadağa tətbiq edilməkdədir».

Geri qayıt