Əsas Səhifə > Partiya > RƏSUL QULİYEVİ "FACEBOOK"DAN QAÇAQ SALACAQLAR...
RƏSUL QULİYEVİ "FACEBOOK"DAN QAÇAQ SALACAQLAR...19-09-2013, 10:59 |
Eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin Facebook sosial şəbəkəsində yazdığı status virtual məkanda geniş rezonans doğurub. Avropa.info-nun məlumatına görə, statusunda qarşıdan gələn prezident seçkiləri, hakimiyyətin əleyhinə, Cəmil Həsənli barədə sərt ittihamları ilə diqqət çəkən eks-spiker Facebook istifadəçilərinin qınağına tuş gəlib. R.Quliyevi yersiz bəyanatlar verməkdə suçlayan istifadəçilər eks-spikerə etirazlarını bildiriblər. Facebook istifadəçiləri “Azərbaycana gələcəyəm”-deyə dəfələrlə verdiyi sözü tutmayan Rəsul Quliyevi “topa tutublar”. Eks-spikerlə Facebook istifadəçilərinin davası qarşılıqlı ittihamlarla yadda qalıb. Çoxsaylı istifadəçilərin “Azərbaycan niyə gəlmirsiniz, nə üçün mübarizə aparmırsınız” suallarına R.Quliyev cavab verib: “Sizin bu suala necə cavab verim bilmirəm. Siz mənə bilməmək ayıb deyil, yazırsınız elədirmi?. Ancaq bu mənə aid deyil, sizə aiddir. Bəlkə 1000 dəfə izah etmişəm, niyə gələ bilmirəm? Yenidən bu məsələ qaldırılanda həqiqət daha nə demək lazımdır, bilmək o qədər də asan deyil. Mənim yazdığımın çətin başa düşülməsindən ya sizin heç vaxt başınıza güc verməmək istəyinizdən” deyə Milli Şura üzvü etirazlara cavab verib. İstifadəçilərin etirazları daha çox R.Quliyevin Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənliyə qarşı səsləndirdiyi fikirlərə yönəlib. Bir çoxları R.Quliyevin Milli Şuradan uzaqlaşdırılmasını təklif edir, digərləri isə eks-spikeri mümkün qədər susmağa çağırıb. Geri qayıt |