Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞOK: HAFİZ HACIYEVİ ÖLÜMLƏ HƏDƏLƏDİLƏR

ŞOK: HAFİZ HACIYEVİ ÖLÜMLƏ HƏDƏLƏDİLƏR


19-09-2013, 12:10
ŞOK: HAFİZ HACIYEVİ ÖLÜMLƏ HƏDƏLƏDİLƏR
Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev namizədlikdən imtina etmək ehtimalı var. Buna addıma səbəb olan hücum və verəcəkləri qərar haqda o, Hafta.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Prezidentliyə namizədlikdən imtina haqda partiya qərar verdimi?

- Təxminən yarım saat sonra iclas başlayacaq. Hansı qərar verilsə, bu barədə məlumat verəcəyik.

- İmtina etməyinizə səbəb nədi?

- Bizə böyük təzyiq var. Dünən bir qrup şəxs seçici adı ilə mənimlə görüşə gəldi. Məni təhqir etdilər, müəyyən ittihamlarda təqsirləndirdilər. Biz bu gün bu məsələni müzakirə edib qərar verəcəyik.

- Həmin adamlar sizi nədə ittiham edirdilər?

- Onlar bizi satqınlıqda ittiham etdilər. Dövlətçiliyi müdafiə etməyi satqınlıq hesab edirlər. Bunlar hamısı boş söhbətlərdi. Layiqli cavablarını alacaqlar. Öyrədilmiş insanlardı. Təəssüf edirəm ki, seçici adından gəliblər.

- Tələbləri nə idi?

- Dedilər ki, siz namizədliyinizi geri götürməlisiz. Bizə hücum edib məcbur etdilər ki, seçkidə iştirak etməməlisiniz. Ölümlə qorxudub geri çəkilin dedilər. Biz də şərti olaraq dedik ki, bu məsələni müzakirə edib qərar qəbul edəcəyik. Amma düşünmürəm ki, mən xalqımı meydanda tək qoyam. Hə halda bu gün qərar verəcəyik. Partiyanın Bakı şəhəri və rayon təşkilatları sədrlərinin və seçki qərargahının üzvləri ilə birgə bu məsələni müzakirə edəcəyik.

- Sizcə, onlar kimlər idi?

- Radikal qüvvələrin qərargahı ilə yaxınıq. Milli Şuranın yerləşdiyi ofislə aramızdakı məsafə 300-500 metrdi. Düşünürəm ki, həmin adamları onlar öyrədib göndəriblər.

- Neçə adam idilər?

- 25-30 nəfər idi. Mən düşünürdüm ki, seçicilərdi, mənimlə görüşəcək. Amma etikadan kənar hərəkətləri müşahidə etdik. Məni təhqir etdilər. Mən yaşımın bu vaxtında satqınlıq edən deyilən. Hər halda müzakirə edib taktikamızda dəyişiklik edəcəyik.

- Sizə qarşı fiziki təzyiq etdilərmi?

- Yox. Məni söydülər. Həmin vaxt seçki qərargahı üzvləri partiyada idi. Yoldaşlar otağa gəlib aranı sakitləşdirdilər. Dedik ki, sizin tələbinizi yerinə yetirəcəyik. İstəmədik ki, ölkədə qarışıqlığın bünövrəsini qoyaq. Onlar təhdid etdilər ki, geri çəkilməsən səni öldürəcəyik. Dedilər ki, sizə imkan verməyəcəyik. Əgər axıra qədər davam edəsi olsam, axşam efirdə çıxış edib bunu ictimaiyyət çatdıracağam.

- Hüquq-mühafizə orqanlarına müraciət edəcəksinizmi?

- Ehtiyac duymuram. Özümüz lazımı addımlar atacağıq. Bu gün partiya üzvləri toplaşacaq, özümüz ciddi müdafiə quracağıq. Rayon təşkilatlarının bütün üzvləri də buradadı. Məsələnin mahiyyəti odur ki, biz də asan təslim olmayacağıq. Kimsə bizə hücum edibsə, biz də buna dözməyəcəyik. Qərarımız çox ciddi olacaq. Əgər təhlükəli vəziyyət yaransa, geri çəkiləcəyik.

- Geri çəkildiyiniz təqdirdə kiməsə dəstəkləyə bilərsinizmi?

- Hələki konkret qərar yoxdu. Müzakirələr nəticəsində bəlli olacaq. Biz asanlıqla istefa verib geri çəkilməyəcəyik. Çox ciddi proseslər gedir.

- Demişdiniz maddi problemləriniz olduğu üçün geri çəkiləcəksiniz.

- Xalqa hər şeyi olduğu kimi deyə bilmirik. Seçi ərəfəsində xarici dövlətlərin nümayəndələrinin ölkədə olduğu bir zamanda istəmirik desinlər ki, Azərbaycan terror olub. Ona görə maddi problemimiz olduğu fikrini ortaya qoyduq. Mənim çıxışım təkcə Azərbaycandakı satqın qüvvələri deyil, onların arxasındaki böyük gücləri də narahat edir.

Geri qayıt