Əsas Səhifə > Hadisə > AZƏRBAYCAN QARA ZOLAQDAN ÇIXA BİLMİR
AZƏRBAYCAN QARA ZOLAQDAN ÇIXA BİLMİR16-01-2012, 15:17 |
YENƏ DƏ “AZAD OLMAYAN ÖLKƏLƏR” SIRASINDAYIQ Azərbaycan Amerikanın Neritage Foundation mərkəzinin Wall Street Journal-lə əməkdaşlıqda hazırladığı 2012-ci qlobal iqtisadi azadlıqlar reytinqində 179 ölkə arasında 91-ci olub. 18-ci hesabatda ölkənin ümumi reytinqi 58,9 bal olub. Bu, 2010-cu ildəkindən 0,8 bənd, orta dünya səviyyəsindən 2,3 bal aşağıdır. Azərbaycan tədricən öz mövqeyini yaxşılaşdırır. 2008-ci ildən bu yana 15 pillə qalxıb, amma əsasən qeyri-azad olan ölkələr qrupuna aiddir. Bu mənada Cənubi Qafqaz ölkələrindən geri qalırıq: Gürcüstan 694 balla 34-cü, Ermənistan 68,8 balla 39-cu yerdədir. Ən azad iqtisadiyyata malik ölkə Honkonqdur. Şimali Koreya 1 balla sonuncudur. Keçmiş SSRİ ölkələri arasında mühüm fərq nəzərə çarpır. "Tam azad" Estoniya (16-cı yer) və Litva (24). "Nisbətən azad" Gürcüstan, Ermənistan, Latviya (56), Qazaxıstan (65), Qırğızıstan (88). "Daha çox qeyri-azad" Azərbaycan, Moldova (124), Tacikistan (129), Rusiya (144). "Represiv" Belarus (153), Özbəkistan (164) və Türkmənistan (168). "İqtisadi azadlıq indeksi" bazarların açıqlığı, biznesin aparılması üçün qanunvericiliyin səmərəliliyi, hökumət məmurları və nəzarət orqanlarının həcmi ilə müəyyən edilir. Reytinq iqtisadi, ticarət və fiskal olmaqla 10 kateqoriya, o cümlədən dövlətin iqtisadiyyata, biznesin azadlığına, fiskal azadlığa, əmək bazarında azadlığa və s. müdaxiləsi əsasında tərtib edilir. Azərbaycan Asiya-Sakit okean regionunda 41 ölkə arasında 15-ci yeri tutur. Reytinqdə ölkənin irəliləməsinə səbəb biznes və əmək azadlığında mühüm yaxşılaşma ilə bağlıdır. Qiymətə korporativ (mənfəət) verginin az olması müsbət, gəlir vergisinin yüksək olması mənfi təsir edir. Ölkə struktur islahatların həyata keçirilməsi ilə bağlı çətinlik çəkir. Maliyyə, investisiya azadlığı, əmlak hüququ, korrupsiya üzrə vəziyyət orta dünya göstəricisindən pisdir. Hökumətin müdaxilə və nəzarəti (formal və qeyri-rəsmi) monetar sabitliyə ziyan vurur, xarici kapital qoyuluşuna əngəl törədir. İri müəssisələrin özəlləşdirilməsi son illər zəifləyib. Zəif hüquqi rejim, özbaşına gömrük inzibatçılığı, ixrac məhdudiyyətləri, gömrük korrupsiyası ticarət əməliyyatlarının qiymətini artırır. İnvestorların hüquqlarının müdafiəsi və məhkəmə sisteminin səmərəliliyi ilə bağlı işlər də qaydasında deyil. Geri qayıt |